Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

“Paşinyan qalib gələcək” – Rusiya və “Qarabağ klanı” üçün sürpriz

02:39  |    10 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin tarixini qabağa çəkməklə doğru addım atdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, seçkilərin dekabrda baş tutması Paşinyanın maraqlarına cavab verir:

“Çünki İrəvanda keçirilmiş mer seçkilərində onun tərəfdarı qələbə qazandı. Buna görə də o, hesab edirdi ki, seçkiləri gəlin ilin mayına saxlasa, daxildə vəziyyət qarışa bilər. Bu halda, daxili qüvvələrin qiyam qaldırması və Rusiyanın müdaxilə etmək ehtimalı güclü olacaqdı. Buna görə də, reytinqinin yüksək olduğunu da nəzərə alaraq, seçkilərin tarixini qabağa çəkdi.

Təsadüfi deyil ki, parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası da seçkilərin dekabrda keçirilməsi ilə əlaqədar memoranduma imza atdı. Bununla da, parlamentdə çoxluqda olan Respublika Partiyası bu qərarla razılaşmaq məcburiyyətində qaldı.

Hesab edirəm ki, dekabrda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qələbə qazanacaq. Bu isə “Qarabağ klanı”, yaxud Respublika Partiyasının parlamentdən sıxışdırılıb çıxarılması deməkdir”.

Elxan Şahinoğlu qələbə qazanacağı halda, “Qarabağ klanı”nın Paşinyana qarşı həmlə edəcəyini istisna etmir: “Hər şey ola bilər. “Qarabağ klanı”nın özü də iki dəfə belə həmlə edib. 1997-ci ildə Levon Ter-Petrosyanı devirdilər, 1999-cu ildə isə Ermənistan parlamenti müəmmalı şəkildə gülləbaran olundu. Buna görə də, “Qarabağ klanı” hakimiyyətini itirməmək üçün belə həmlələr edə bilər”.

Politoloqun qənaətinə görə, Paşinyanın hakimiyyətdə qalması, Rusiyanın maraqlarına cavab vermir: “Amma Rusiya da görür ki, ictimaiyyət tərəfindən Paşinyana ciddi dəstək var. Lakin Petrosyan devriləndə cəmiyyət onu dəstəkləmədi, amma bu dəfə vəziyyət fərqlidir. Rusiya başa düşür ki, Paşinyanı devirmək istəsələr, Ermənistanda vətəndaş müharibəsi başlaya bilər”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2019
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
16.02.2019
İranlı general: “İntiqam alacağıq”
16.02.2019
Dudayevin Azərbaycana münasibəti: Türk olduğumu desəm... - Video
16.02.2019
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: “Biz qardaşıq” - VİDEO
16.02.2019
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi - VİDEO