Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Şəhid polislərin ailələlərinə "qanpulu" niyə verilmir? - SƏBƏB

22:39  |    09 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi bu gündən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət ediblər

Oktyabrın 9-da notariuslara müraciət edən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan polislərin ailələri bundan yararlana bilməyəcəklərini öyrəniblər. Bundan narazı qalan şəhid polislərin ailələri arasında müəyyən çaşqınlıq yaranıb.

«Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlunun Qaziler.az verdiyi məlumata görə, bu sərəncam şəhid polislərin ailələrinə hələlik şamil edilməyəcək. Çünki dövlət başçısının bu fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə aid edilir.

"Bu, hələlik şəhid polislərin ailə üzvlərinə aid deyil. Amma Daxili İşlər Nazirliyinin daxili qoşunlarının şəhid olmuş əsgər və zabitlərinə şamil edilir. Çünki onlar hərbi qulluqçu sayılırlar. Polislər isə hərbi qulluqçu deyil. Prezidentin sərəncamında isə birbaşa hərbi qulluqçular nəzərdə tutulub. Yəqin ki, gələcəkdə polis şəhid ailələrinə də bu vəsaitin verilməsi ilə bağlı prezidentin fərmanı olacaq. " - deyə R.Kərimoğlu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən bu gündən etibarən şəhid hərbi qulluqçuların ailələrinə qanpulu verilməsi prosesinə başlanıb.

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb - FOTO
24.05.2019
Sabahın HAVA PROQNOZU
23.05.2019
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - FOTO
23.05.2019
Şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib