Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Cəlil Cavanşirin "Hep böyle kal...” adlı yazısı

22:23  |    09 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Bilgisayarımda "Altın düetler” albomundan Erol Evgin və Zühal Olcayın şahanə dueti səslənir.

"Herkes bir şey aldı götürdü benden
Kimi umutlarımı
Kimi inançlarımı
Kimi en güzel duygularımı
Sen başkalarına benzeme sakın
Hep böyle kal,
hep böyle kal
Hep cana yakın...”

Bəzi mahnılar dönüb-dolaşıb qaysaqlamış yaralarımı qanadır.
Yarama duz basır xatirəsi qalan mahnılar.
Xatirələr ac qurd kimi canıma daraşır bu payız sabahında.
Buludların kölgəsi düşür pəncərəmə.

Nə zamansa bu mahnının misralarını hüznlü səslə zümzümə edən qadının xəyalı gəlir gözlərimin önünə.

Sol tərəfim buz kəsir.
Biləyimdəki çapıqlar səyriyir.
Canım yanır mahnı səsləndikcə.
Tanrı yağışın səsiylə nə isə pıçıldayır qulağıma...



***

İnsanlar öz yaradılış qayəsinə xəyanət edən yeganə canlılardır məncə.
Hər şey İlahi nizama boyun əyir: otlar, ağaclar, itlər, pişiklər, quşlar...
Sadəcə insan nankordur.
Xudbinlik sadəcə insana məxsusdur.
Və mənə elə gəlir ki, sadəcə insan sevildiyi yerdən qaçır.
Sadəcə insan "öldürür sevdiyini”.
İnsan göründüyü kimi ola bilmir.
Dəyişir insan, çox dəyişir.
Gedir insan...
Sevdiyindən, xoşbəxt etdiyi insandan, sığındığı qucaqdan gedir.


***

Hər şeyi içimə atmaqdan yoruldum.
Həyatıma girən hər kəsin məndən nə isə qoparıb aparmasından bezdim.
Ən gözəl arzularımın, duyğularımın, inanclarımın tükənməsindən usandım.
Canımı dişimə tutub dözməkdən canım boğazıma gəldi.
Tanrım, niyə səbirdən başqa silahım yoxdur?

***

Adını eşq qoyub bir-birinə yaxınlaşanlardan nifrət edirəm.
Hər səfeh marağın adı eşq, sevgi olmamalıdır, olmamalıydı.
Eşqi bu qədər gözdən salmasaq yaxşı olmazdımı?
Musiqilər bu qədər əzab verməməlidir ruhumuza.
Yəni o qadını tanımasam, sevməsəm, toxunmasam, qoxusuna alışmasam gözəl olmazdımı?
Heç olmasa bu alçaq oyunun adını eşq qoymasaydıq...
Hə, bir də kaş ki, bu musiqilərə bu qədər önəm verməsəydim.
Tanımasaydım deyirəm o qadını, heç tanımasaydım...
Görüşünə getməsəydim...
Gözlərinin içində itib-batmasaydım...
Sevməsəydim onu bu qədər...
Məsafələr yaxşıdır.
İnsanlar arasında məsafə olsun, vallah-billah, insanlar qaçmalıdır bir-birindən.
Doğmalaşmasın heç kəs bu qədər.
Sonra yaşamaq olmur Tanrım, olmur...
Məsafələr olsa bu üzüntülər, peşmanlıqlar, əzablar da olmazdı.



***


Bu yağışlı payız sabahında üzümü səmaya tutdum.
Ağladım Tanrım, çox ağladım.
Heç kəs görmədi gözümdən axan, yağmura qarışan yaşları.
Heç kəs anlamadı nə qədər iztirab çəkdiyimi.
Tələyə düşmüş canavar kimi qıvrıldım, vurnuxdum.
İnsanlar bilmədi...


***


Ruhum iztirab çəkdikcə, ildırım biləyimdəki çapıqlar kimi doğrayır səmanı.
Bir işıq saplanır bəbəklərimə.
O qadının səsi cingildəyir qulaqlarımda:
"...Sen başkalarına benzeme sakın... ”
Və Tanrı qızımın barmaqlarının ucuyla toxunur mənə...
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.12.2018
Zabit Səmədov: "Demək olar ki, döyüşü sol əlsiz keçirmişəm"
03.12.2018
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
01.12.2018
“G20” sammitinin maraqlı məqamları - VİDEO
27.11.2018
Milli Qəhrəmanlar məcburi köçkün şagirdlərlə GÖRÜŞDÜ - FOTO
26.11.2018
Sosial şəbəkələrdə SOCAR-a qarşı təxribat