Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

XİN-dən Paşinyanın arvadına xəbərdarlıq - Onlar "qara siyahı"ya salınacaq

19:38  |    08 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin (XİN) mətbuat xidmətindən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə planlaşdırılan səfəri ilə bağlı bildirilib.

“Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir”, -deyə XİN-in yaydığı məlumatda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ-dan Paşinyana “ya hərb, ya sülh” çağırışı nə vəd edir?
19.10.2018
Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”
19.10.2018
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Bakı üçün yeni situasiya
18.10.2018
Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR
18.10.2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır