Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Rəşad Mahmudov beynəlxalq konfransda Azərbaycanı təmsil edib

15:15  |    08 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Bu cür mötəbər konfransda dünyaca məşhur şəxslərlə yanaşı, mənim də məruzəmin ilk saatlarda dinlənilməsi təmsilçisi olduğum Azərbaycan dövlətinə beynəlxalq aləmdə yüksək münasibətin təcəssümü olmaqla bərabər, çox qürürverici idi.”

Qaziler.az bildirir ki, Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə beyin qan dövranı və ürək xəstəlikləri ilə mübarizə mövzusunda keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov təmsil edib. R.Mahmudov bildirib ki, bu günlərdə paytaxt Daşkənddə təşkil olunan mötəbər tədbir dünyada böyük aktuallıq kəsb edən, Dünya Səhiyyə Təşkilatının bütün ölkələrə tövsiyə edərək, həyəcan təbili çaldığı xəstəliklərə qarşı mübarizə yolları ilə yanaşı, həm də bu xəstəliklərin qarşısının alınması barədə gələcək yol xəritəsinin hazırlanmasına həsr edilib.

Tibb doktoru, tanınmış kardocərrah əlavə edib ki, 500-dən çox iştirakçıının qatıldığı konfransda Avropanın, Uzaq Asiyanın, eləcə də postsovet ölkələrinin içərisində Azərbaycanın da yer alması qürur doğurur: “Azərbaycanın təmsilçisi olaraq, elmi məruzələrlə bu xəstəliklərlə mübarizə sahəsində öz təcrübəmizi və dünya praktikasına aid gerçəklikləri geniş auditoriya ilə bölüşüb müzakirə etdik. Dünya ölkələrindən İtaliya, Polşa, Serbiya, İngiltərə, Almaniya, Cənubi Koreya, postseovet məkanından 3 ölkə - Rusiya, Özbəkistan, Azərbaycan iştirak edirdi. İki günlük tədbirin yekununda Özbəkistan səhiyyəsinin bu xəstəliklərlə mübarizəsində yol xəritəsinin hazırlanmasına 8 ölkə ilə yanaşı, ölkəmizin adından bizim imza atmağımız həm Azərbaycan səhiyyəsi üçün, həm də bir həkim olaraq mənim üçün olduqca qürurverici bir hadisə idi”.

Belə beynəlxalq konfransların səhiyyəmizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan Rəşad Mahmudovun fikrincə, bu şəkildə təşkil edilən beynəlxalq konfranslar həm ölkələrdə qeyd edilən xəstəliklərlə yeni mübarizə üsullarının, həm də səhiyyənin yeni inkişaf perspektivləri içərisində əhalinin sağlamlığının daha geniş və güvənli şəkildə qorunması üçün atılan addımlardandır. Bu tədbirlər çərçivəsində həmin xəstəliklərlə mübarizə daha rahat və əlçatan olacaq. “Əlbəttə ki, bu beynəlxalq tədbirin keçirilməsi zamanı ilk 4 çıxışçı ölkə arasında Azərbaycana da yer verilməsi böyük üstünlük idi. Rusiyanı akademik A. Pokrovski, Özbəkistanı Daşkənd Tibb Akademiyasının rektoru, akademik Ş. Kərimov, Serbiyanı dünyaca məşhur kardiocərrah Lazar Davıdoviç, Azərbaycanı isə mən təmsil edirdim. Bu cür mötəbər konfransda dünyaca məşhur şəxslərlə yanaşı, mənim də məruzəmin ilk saatlarda dinlənilməsi təmsilçisi olduğum Azərbaycan dövlətinə beynəlxalq aləmdə yüksək münasibətin təcəssümü olmaqla bərabər, çox qürürverici idi.”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı
19.10.2018
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ