Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

“Qarabağ”ı lağa qoyan fars aparıcıya – Etiraz - Foto

20:47  |    07 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Tehran sakini olan bir qrup azərbaycanlı İran televiziyası aparıcıları tərəfindən “Qarabağ” komandasının lağa qoyulmasını qınayıb.

Teleqraf.com xəbər verir ki, milli fəallar bu məqsədlə Tehranın Azadi meydanında etiraz posteri nümayiş etdiriblər. Posterdə fars dili və Azərbaycan türkcəsində “Bütün dünya cənnət olsa, Mənə olmaz Qarabağ” sözü yazılıb. Yazının altında isə “İrqçi aparıcı Əhmədiyə təqdim olunur” ifadəsi dərc olunub.

Qeyd edək ki, oktyabrın 3-də “İdman raportu” televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasına lağ edərək gülüblər. Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı efirdə Azərbaycana nifrətlərini bu şəkildə nümayiş etdiriblər. Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədilə güdürlər.

Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin də kəskin etirazı ilə qarşılanıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2019
Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB-2 - FOTO
20.05.2019
Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTO
18.05.2019
"Zagulba Mall" ticarət mərkəzindəki yanğın zamanı xəsarət alanlar olub - FOTO - VİDEO - YENİLƏNİB
17.05.2019
Azərbaycan-Türkiyə sərhədində terror aktı - VİDEO
14.05.2019
Ağdam sakini avtomobili ilə vurduğu qonşusunu sonra da döyüb