Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6007

Digər sorğular

Liftdə dəhşətli ölümlə bağlı İdarə Heyətinin sədri həbs edildi

03:34  |    06 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Soltanməcid Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib


Bakı şəhər prokurorluğu liftin düşməsi nəticəsində xadimənin ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun yaydığı məlumatda bildirilib ki, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinənin 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.12.2018
Baş nazirin işdən çıxarılan müavini intihar etdi
11.12.2018
"Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq (VİDEO)
11.12.2018
Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb
10.12.2018
Bakıda spirtli içki qəbul edən Türkiyə vətəndaşı gecə klubunun qarşısında öldü
09.12.2018
“Moskva” univermağında yanğın olub