Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Kərbəla və Qarabağ şəhidləri anılıb

23:20  |    23 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib.

Birlikdən SalamNews-a verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı səsləndirilib. Daha sonra Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların əziz ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbi aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri var: “Elə bu səbəbdən Aşura mərasimi xalqımızın mənəvi dəyərinə çevrilib. Əsrlərdir ki, İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Bunun əsl nümunəsini dogma Qarabağımızın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğullarımızın şücaətində görmək olar”.

Birlik sədri tədbirin keçirilməsində verdiyi dəstəyə görə “Ovqat-AB” şirkətinin rəhbərlyinə öz təşəkkürünü bildirib.

Tədbirdə şəhid və qazi ailələri də iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.



Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dekabrın ikinci yarısında havanın temperaturu aşağı enəcək - Umayra Tağıyeva
14.12.2018
Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib
14.12.2018
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
14.12.2018
Səbail rayon icra başçısının müavini vəzifəsinə təyinat olub
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb