Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

22:18  |    22 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Əhvaz şəhərində 11 nəfərin ölümü ilə nəticələnən terakta görə İran bütün məsuliyyəti terrorrizmin regiondakı sponsorlarına və onların amerikalı təlimatçılarının üzərinə qoyur.

AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlamasında bildirib.

“Xaricdəki rejimlərin satın aldığı, öyrətdiyi, silahlandırdığı və maliyyələşdirdiyi terrorçular Əhvazda hücum təşkil ediblər. Qurbanların sırasında uşaqlar və gənclər də var. Bu cür hücumlara görə İran bütün məsuliyyəti terrorrizmin regiondakı sponsorlarına və onların amerikalı təlimatçılarının üzərinə qoyur”, – deyə Cavad Zərif özünün "Tvitter" səhifəsində yazıb.

Nazir vurğulayıb ki, vətəndaşların müdafiəsi üçün İran cəld və qəti şəkildə cavab tədbirləri görəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı "Təkfiri" qruplaşması üzvlərinin hərbçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 11-ə çatıb. Onlardan biri jurnalistdir. Daha 20 nəfər isə yaralanıb. Yaralların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hücum zamanı terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2019
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
16.02.2019
İranlı general: “İntiqam alacağıq”
16.02.2019
Dudayevin Azərbaycana münasibəti: Türk olduğumu desəm... - Video
16.02.2019
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: “Biz qardaşıq” - VİDEO
16.02.2019
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi - VİDEO