Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5886

Digər sorğular

Götürmədiyi kreditə görə təqaüdündən pul tutulur - Bankda MÜƏMMA - VİDEO

22:45  |    20 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Gədəbəy sakini bankdan götürmədiyi kreditə görə məhkəməyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, Gədəbəy rayonunun Qaradağ kənd sakini Oruc Əsgərov iddia edir ki, 2014-cü ildən indiyə kimi onun təqaüdündən pul çıxılır. Vətəndaşın sözlərinə görə, kredit götürmək üçün sənədləşdirmə aparıldıqdan sonra, bank əməkdaşları növbənin çox olduğu üçün ona pulu 3 aydan sonra gəlib götürməsini deyiblər.

Oruc Əsgərov deyilən vaxtda da 2500 manat məbləğində krediti ala bilməyib. Sonradan məlum olub ki, onun adına krediti başqa bir şəxs götürüb. Həmin adam cəmi 200 manat pul ödəyib. Digər ödənişlər isə Oruc Əsgərovun təqaüdündən çıxılıb və üstəlik məhkəməyə verilib.

Oruc Əsgərov bankdan görüntüləri tələb etsə də videonun silindiyi deyilib.

Bankdan isə "Xəzər Xəbər"ə bildirilib ki, müştərinin bu məsələsinə biganə yanaşılması mümkün deyil.

Oruc Əsgərov əlindəki sənədlərlə birgə banka yaxınlaşmalıdır. Onun məsələsi araşdırılıb, aydınlıq gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Sabah hava necə olacaq? - PROQNOZ
16.10.2018
Etimadımızı Qarabağımız kimi itirdik
16.10.2018
Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib
16.10.2018
Etimadın şəhid ayağı ...- Rauf Arifoğlunun yazısı
15.10.2018
"Həmin evlərin hamısı köçürülməlidir" - Hacıbala Abutalıbov