Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Murad Məmmədov Minskdə çempion oldu

18:41  |    20 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri yekunlaşıb.

Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə yığmamız baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb.

Murad Məmmədov (60 kq) “qızıl”ı, İslam Abbasov (87 kq) isə “gümüş”ü boynundan asıb. Son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə üçüncü yer uğrunda görüşdə uduzub və nəticədə beşinci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə səkkiz güləşçi ilə yollanmış millimiz xatirə turnirində dörd medal (iki qızıl, bir gümüş, bir bürünc) medal əldə edib.

Qeyd edək ki, yarışların hakimləri sırasında həmyerlimiz Elman İsmayılov da olub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.02.2019
Qurban Qurbanovun oğlu millimizdə poker etdi
12.02.2019
“İdman Azərbaycan" telekanalında yeni rəhbər təyinatı
12.02.2019
Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbinin açılışını etdi - Video
09.02.2019
Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıda - AFFA açıqladı
30.01.2019
Nurməhəmmədov 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb