Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5886

Digər sorğular

"Daima Azərbaycanın yanındayıq" - türkiyəli qazilər

16:40  |    19 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Qardaş Türkiyənin Azərbaycanda səfərdə olan Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili Qənirə Paşayeva ilə görüşdə "daima Azərbaycanın yanındayıq" deyiblər

Millət vəkili Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələri ilə görüşüb. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

Millət vəkili Q.Paşayeva hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və iki qardaş ölkəmizin şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri arasında əlaqələrin sürətlə artmasından məmnuniyyət duyduğunu dilə gətirərək onun daha da inkişafına inandığını deyib.

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər.

Görüşün sonunda millət vəkili Q.Paşayeva Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələrinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib. Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələri hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər və millət vəkili Q.Paşayevaya təşəkkür plaketlərini təqdim ediblər.






















Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Prezident və birinci xanım Lənkəranda
14.10.2018
Самиит «Франкофония» в Ереване: «Хорошая мина при плохой игре»
13.10.2018
Bolton İrəvanda sərt danışıqlar aparacaq - Lukyanov açıqladı
12.10.2018
Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından deportasiyası məsələsini qaldırıb
11.10.2018
Qənirə Paşayeva AŞPA-da erməni deputatlara sərt cavab verib