Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

“Paşinyan kursu dəyişməsə, ölkə qarışacaq” – Erməni ekspert

15:29  |    16 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Nikol Paşinyan “ədaləti” bərqərar edəcəyi barədə mülki əhalini və bundan xeyir götürənləri əmin etsə də, öz tərəfdarlarının böyük bir hissəsini itirir.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri erməni ekspert Artur Kazinyan deyib.

“23 aprel və 8 may hadisələri erməni xalqında keçmişin qara ləkələrindən qurtularaq gələcəyə inamla baxmağa imkan yaratdı. Qismət belə gətirdi ki, Paşinyan və onun komandasına bu vacib işdə tarixi bir rol oynamaq üçün şərait yarandı.

Qarşıda isə 2 yoldan birini seçmək qalırdı – xalqın sevgi və hörmətini qazanmış, inqilabda qalib gəlmiş biri kimi yeni Ermənistan qurmaq və ya öz tərəfdarlarının istəklərini yerinə gətirməklə “ədaləti” bərqərar etmək.
Birinci seçimdə Ermənistanda və onun hüdudlarından kənarda (diasporada) olan insanlarla yeni hakimiyyət quraraq keçid prossesini həyata keçirmək var idi.

İkinci seçim isə Paşinyanı özündən əvvəlkilər kimi cinayətkar olmağa aparır.

Mənim fikirimcə cəmiyyətin və hakimiyyətdə təmsil olunmaq istəyən insanların “ədalət” istəyi özlərinin şəxsi maraqlarından başqa bir şey deyil. Bu, subyektiv xarakter daşıyır.

Subyektiv fikirlərə xidmət edən Paşinyan isə öz tərəfdarlarının böyük bir hissəsini itirməyə başlayır.

Paşinyan yaxın zamanlarda həbs etdiyi insanları azad edə və onların əvvəlki vəziyyətlərini bərpa edə bilər. Bu isə ona inananların böyük bir qisminin itirilməsinə gətirəcək. Prosses qırmızı cizgiyə yaxınlaşır və əgər Paşinyan kursunu dəyişməzsə, hadisələri idarə etmək mümkün olmayacaq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Keçmiş silahdaşı Paşinyanı təhqir etdi
24.09.2018
Güclü külək pilotlara çətin anlar yaşatdı – VİDEO
24.09.2018
Tehranın deputatı: Azərbaycan dilinin tədrisi məsələsi...
24.09.2018
ABŞ İranı TƏHDİD ETDİ - Siyasət dəyişməsə...
23.09.2018
İrəvan seçkiləri bitdi: Seçki pozuntusu, toqquşma...