Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Etibar Məmmədovdan YAP-çıya CAVAB: “Yaşlanandan sonra qarışıq salırlar” – QALMAQAL

14:30  |    16 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Kərim Kərimovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Etibar Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Kərim Kərimovla birinci dəfə 1995-ci ildə seçkilərdən sonra görüşüb.

“O vaxta qədər heç onu tanımırdım. O, nəyisə qarışıq salır. Mən Naxçıvana çox gedib-gəlmişəm. Burada gizli bir şey yoxdur. Ancaq Yeni Azərbaycan Partiyasının yaradılması üçün Naxçıvana getməyimin mənə heç bir aidiyyatı yoxdur. Partiya yaratmaq təşəbbüsü ilə onların özləri çıxış ediblər və yaradıblar. O zaman isə mənim ümumiyyətlə Kərim Kərimovun mövcudluğundan xəbərim yox idi.

Mən onunla 1995-ci ildə deputat olandan sonra tanış olmuşam . O vaxta qədər isə onunla heç bir əlaqəm olmayıb. Onun dediyi dövrdə mənim haqqımda nəisə deməyə əlində bir əsas yoxdur”.

O bildirib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanındakı fəaliyyəti hamıya məlumdur.

“Əsas müxalifət partiyası olaraq biz hakimiyyətdə olanların fəaliyyətini tənqid də edirdik, fikrimizi də bildirirdik. Ancaq bunların nə Kərim Kərimova, nə də Eyni Azərbaycan Partiyasına bir aidiyyatı var”.

E.Məmmədov qeyd edib ki, bəzi adamlar yaşlandıqdan sonra çox şeyi qarışıq salırlar.

Qeyd edək ki, YAP icra katibliyinin müşaviri, Siyasi Şuranın üzvü, məşhur “91-lər”dən olan Kərim Kərimov Modern.az-a müsahibəsində deyib ki, Naxçıvana Yeni Azərbaycan Partiyasının yaradılması üçün Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı.

“Etibar Məmmədovun adı yadımdadır. O da gedənlər arasında idi. Onun partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası artıq yaranmışdı. Etibar Məmmədovun Naxçıvana getməkdə məqsədi cəbhəçiləri necə yıxmaqdan ibarət idi”-deyə, K.Kərimov bildirib.

O həmçinin qeyd edib ki, Etibar Məmmədov cəbhəçiləri heç sevmirdi.

"Əgər sevsəydi, onları necə yıxmaq barədə niyə düşünərdi ki!"
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İsveçdə deputat seçilən 20 yaşlı gənc: “Evdə Azərbaycan dilində danışırıq”
22.09.2018
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir” - Politoloq
22.09.2018
Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib
22.09.2018
Hatayda “Azərbaycan” küçəsi və “Qarabağ” parkı açılacaq
21.09.2018
Azərbaycan Prezidenti: İşğalçıya qarşı çox ciddi tədbirlər görülməsinin vaxtı çatıb