Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Məcburi köçkün məktəblilər İKT üzrə biliklərə yiyələniblər

19:23  |    14 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 14-də Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin bağlanışı və kodlaşdırma müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Komitədən Qaziler.az-a bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və komitə əməkdaşları tədbirdə iştirak ediblər.

Fuad Hüseynov bildirib ki, Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində bir milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasını tərk etmək və köçkün həyatının ağır məhrumiyyətlərini yaşamaq məcburiyyətində qalıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra məcburi köçkün soydaşlarımız dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial problemlərinin həllini dövlətimiz daim diqqət mərkəzində saxlayıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin də sosial siyasətinin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı layihələrin icrasını nəzarətdə saxlayır.

Köçkünlüyün ilk illərində bu kateqoriyadan olan vətəndaşlar maddi çətinliklərlə üzləşib. O zaman beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımlar göstərilib. Belə yardımlar bu gün də davam etdirilir, məcburi köçkünlər yaşayan ərazilərdə bir sıra layihələrin icrası dəstəklənir.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ölkəmizdə təhsilin inkişafına yüksək dövlət qayğısı göstərildiyini, Prezident İlham Əliyevin məktəblilərin İKT üzrə müasir biliklərə yiyələnməsinin zəruriliyi məsələsinə böyük diqqət yetirdiyini vurğulayıb, maarifçi gənclərin təşəbbüsünü yüksək dəyərləndirib və onlara təşəkkürünü bildirib. Qeyd edib ki, “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin yaradılması təqdirəlayiq hadisədir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə bir qrup cəbrayıllı məktəblinin İKT və proqlaşdırma üzrə yiyələndiyi biliklər onların gələcək təhsili və iş fəaliyyəti üçün çox faydalı olacaq.

Tədbirdə “Code for future” təşəbbüsünün həmtəsisçisi Xalisə Şahverdiyeva və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Mişel Petersen çıxış ediblər.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Qeyd edək ki, Azərbaycanın bir qrup maarifçi gəncinin səyləri nəticəsində ərsəyə gələn “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinə bu ilin iyul ayında start verilib. Biləsuvar rayonunda 11 qəsəbədə VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə tanış olublar. “Code for future” proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədi ilə dəstəklənir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb