Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı bu müddətə hazır olacaq

20:43  |    14 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq.

Qaziler.az-a nazirlikdən bildirilib ki, Portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyndə yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda "e-sosial" internet portalı əsas alətlərdən biri olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2019
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
22.01.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19.01.2019
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi
19.01.2019
Vasif Talıbov və Qarabağ qaziləri tərəfindən həkimlərə fəxri diplomlar təqdim olundu - FOTOLAR
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib