Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6267

Digər sorğular

Kosova öz ordusunu yaradır - Rusiya buna qarşıdır

14:36  |    14 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Müstəqilliyi dünya dövlətlərinin bir qismi tərəfindən tanınan Kosovanın hökuməti təhlükəsizlik qüvvələri bazasında vahid ordunun yaradılması barədə qərar qəbul edib.

AzVision.azxəbər verir ki, bu barədə “RTK2” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Kosova hökuməti təhlükəsizlik qüvvələrinin Müdafiə Nazirliyi formasında yenidən qurulmasına dair 3 qanun layihəsi qəbul edib.

Kosovanın baş naziri Ramuş Haradinayın sözlərinə görə, Kosovanın öz ordusunun yaradılmasının zamanı yetişib və bu məsələ ilə bağlı xarici tərəfdaşları ilə məsləhətləşmələr aparılır. O, urğulayıb ki, Kosovanın ordusu NATO standartları üzrə formalaşdırılacaq və müxtəlif etnik qrupların nümayəndələrini özündə birləşdirəcək.

Kosovanın vahid ordusunun yaradılması Haradinayın seçkiqabağı vədlərindən biri olub və 2017-2021-ci illər üzrə onun hökumət proqramının hədəflərindən biridir. Lakin Kosova prezidenti Haşim Taçi bu məsələ barəsində tələsik və uyğun olmayan bir vaxtda qərar verildiyini bəyan edib.

BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə rəğmən ABŞ Kosova ordusunun yaradılmasını dəstəkləyir. Lakin Vaşinqtonun fikrincə, bu addım Kosova konstitusiyasına müvafiq dəyişiklik yolu ilə həyata keçirilməlidir. Rusiya isə hesab edir ki, Kosovada vahid ordunun formalaşdırılması onsuz da gərgin olan bölgədə təhlükəli nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, Kosova 2008-ci ildə öz müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90 faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və qaraçılar da yaşayır. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.04.2019
Türkiyədə şok əməliyyat: ərəb kəşfiyyatçılar tutuldu
19.04.2019
İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama
19.04.2019
Bill Qeytsin varidatı 100 milyard dolları ötüb
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir