Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Sabiq nazirlər nə işlə məşğuldur?

22:49  |    13 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır.

Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır.

Qaziler.az azxeber.com-a istinadən vəzifədən azad edilmiş keçmiş nazirlərin hazırda nə işlə məşğul olması ilə bağlı araşdırma aparıb.

Sabiq Vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə olunan keçmiş nazirin ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. İqtisad elmləri doktoru S.Müslümovun hansı ali təhsil və elmi tədqiqat müəssisəsində çalışdığı dəqiq məlum olmasa da, onun iqtisadiyyat sahəsində elmi araşdırmalar apardığı bildirilir.

Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Nazir təyinatına qədər müxtəlif vəzifələrdə, o cümlədən Hesablama Palatasının sədri postunda çalışan H.Əsədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovla qudasıdır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov rəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı "Qərbi Kaspi” Universitetinə rəhbərlik edir. Onun eyni zamanda müalicə olunduğu, bu məqsədlə vaxtaşırı olaraq xarici dövlətlərdən birinin məşhur klinikasına üz tutduğu da söylənilənlər arasındadır.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlamasında işsiz olduğunu desə də, iddialara görə bizneslə məşğuldur. Mətbuatda onun 270 min dollara yeni avtomobil almasına dair iddialar dolaşır. Qardaşı, keçmiş deputat Elton Məmmədov bu xəbərləri təkzib etsə də, keçmiş nazirin nə özü bu məsələyə hər hansı münasibət bildirmir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviridir. Nazir təyin olunmazdan öncə akademik Əli Abbasovun AMEA rəhbəri seçiləcəyi gözlənilsə də, bu baş vermədi. Nazir təyin olunan Ə.Abbasovun yenidən AMEA sisteminə qayıdışı əslində gözlənilən idi.

Sabiq Təhsil naziri Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direkoturudur. Eyni zamanda AMEA-nın müxbir üzvü olan Misir Mərdanov "Türk Dünyası Riyaziyyatçılar” Cəmiyyətinin sədridir. Cəmiyyətin icraçı direktoru isə akademik Fikrət Əliyevdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb