Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Türkiyəli qazilər və zabitlər Bakıya gəliblər - FOTOLAR

20:18  |    13 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Onlar Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəklər

Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə Türkiyə Cümhuriyyəti tərəfindən iştirak edəcək nümayəndə heyəti, Türkiyə Əməkli Subaylar Dərnəyi (TESUD) və Türkiyə Muharibə Qazilər Dərnəyinin üzvləri Gəncliyə Yardım Fondunda Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Modern.az xəbər verir ki, Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev zalında baş tutan tədbirdə qonaqları Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli salamlayıb. O, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, münasibətlərimizin hər zaman başqa dövlətlərə nümunə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim fondun fəaliyyəti haqqında qonaqlara məlumat verib. O, görkəmli siyasi xadim Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, iki qardaş dövlət arasındakı tarixi bağlılığa diqqət çəkib. Yüz il qabaq qardaşının ən çətin günündə onu yalnız qoymayıb bütün çətinliklərə baxmayaraq bu yerlərə gələn, bu torpaqları əsarətdən qurtaran Qafqaz İslam Ordusu bu qardaşlığın ən bariz nümunəsidir deyən natiq, bu xalqın da bu mübariz yolda şəhid olan bütün qəhrəman övladları rəhmətlə andığını dilə gətirib.


Tədbirdə çıxış edən Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi polkovnik Rafet Yavuz nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib və bu yerlərdə özlərini heç də yad bir insan kimi görmədiklərini deyib. Qonaq eyni zamanda tədbirin təşkilatçılarına və yüksək qonaqpərvərliyə görə fondun kollektivinə təşəkkür edib.

Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) nümayəndəsi Beyazit Yumuk da öz çıxışında Azərbaycanda olduqlarının məmnunluğunu bildirərək, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir” deyib.

Türkiyə Muharib Qazilər Dərnəyinin başqanı polkovnik Ahmet Kendigil də tarixi zəfərin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin gənc nəslin maarifləndirilməsində müstəsna rol oynadığını qeyd edib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və bir qrup şəhid və qazi ailəsinin övladlarına yeni təhsil ilinin başlanması ilə əlaqədar olaraq məktəbli formaları və çantaları təqdim olunub.

Qeyd edək ki, Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyəti qazilər, şəhid yaxınları və ehtiyyatda olan zabitlərdir. Eyni zamanda qonaqlar Azərbaycana səfərdə olduqları müddət ərzsində bir çox dövlət rəsmiləri ilə görüşəcək, Qafqaz İslam Ordusunun Acıdərə ərazisindəki şəhid məzarının yenidən qurma işlərindən sonra təşkil ediləcək açılış mərasimində və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş rəsmi dövlət tədbirində iştirak edəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb