Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5954

Digər sorğular

Ankaradan savaşın taleyini dəyişəcək - Qərar

20:21  |    13 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Suriya rejiminin Rusiya və İranın dəstəyi ilə İdlibə planlaşdırdığı hücum ərəfəsində Türkiyə müxalif qruplara dəstəyini artırıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” İdlibdəki müxalif mənbələrə istinadla informasiya yayıb.

Müxaliflərin yüksəkçinli şəxsləri Türkiyənin ötən həftə keçirilən Tehran zirvəsində bir nəticə əldə olunmamasından sonra İdlib və ətrafındakı qruplara daha çox silah dəstəyi verdiyini bildirib.

Azad Suriya Ordusu komandirlərindən biri son günlərdə yüksəkçinli türk rəsmilərlə keçirdikləri görüşlərdə onlara uzun müddət davam edəcək döyüşlərdə türk ordusunun tam dəstəyinin vəd edildiyini söyləyib.

Suriyaya göndərilən silahlar arasında Qrad raketləri də olub.

“Burada ən çox ehtiyac duyulan şey silah-sursatdır. Türklər onların uzun müddət özlərinə bəs edəcək sursata sahib olmalarına çalışır”, - İdlibdəki müxaliflərin komandirlərindən biri deyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransanı kütləvi etirazlar bürüdü - Ölən var
17.11.2018
“Lotu Quli”nin adamı saxlanıldı - Səs yazısı
17.11.2018
Əfsanəvi sahə müvəkkili Tofiq Kərimov Udmurtiyada yad edildi
17.11.2018
Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir
17.11.2018
Qaşıqçı vəliəhdin əmri ilə öldürülüb - MKİ