Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5954

Digər sorğular

“Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir”

13:17  |    13 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Ermənistanın baş nazirinin son bəyanatlarına diqqət çəkdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib. “AzərTAc” xəbər verir ki, Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlətimizin başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Dövlət başçısı qeyd edib ki, xüsusilə “Azərbaycan qondarma ”Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. “Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma ”Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək"-prezident bildirib.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib. Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl ATƏT-in baş katibi Ermənistanda səfərdə olmuşdu, baş nazir və xarici işlər naziri ilə görüşmüşdü. İrəvan məhz bu görüşün ardınca danışıqları davam etdirməklə bağlı vədinə sadiq qaldığını iddia etmişdi. Lakin N.Paşinyanın Rusiya səfəri və ondan sonrakı davranışları Ermənistanın danışıqlar tərəfdarı olduğuna nəinki şübhələr yaradır, hətta bu barədə gözləntilərin üstündən xətt çəkir. Onu da qeyd edək ki, İrəvandan sərsəm açıqlamalar Azərbaycan və Ermənistan XİN başçılarının BMT Baş Assambleyasında keçiriləcək görüşü ərəfəsində baş gəlir. Bu isə işğalçının açıq şəkildə danışıqları pozmağa yönəlik siyasət yürütdüyünü təsdiqləyir. Artıq heç kimdə şübhə yoxdur ki, N.Paşinyan status-kvonun saxlanılmasında, bu müddətdə isə hakimiyyətini möhkəmləndirməkdə maraqlıdır. Xüsusilə də parlament seçkilərinə bir 8 ay qalmış erməni hökuməti Qarabağla bağlı hansısa ciddi anlaşmalara getməyə risk etmir. Xatırladaq ki, hakimiyyətə yeni gəldiyi günlərdə Paşinyanın Qarabağı geri qaytarmaq istədiyi haqda iddialar var idi. N.Paşinyan özünü sığortalamaqdan ötrü sələflərindən də radikal mövqe nümayiş etdirdi.

Xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin (MM) sədri Oqtay Əsədov da sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb. Hər iki görüşdə Minsk Qrupunun indiyədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görmədiyi vurğulanıb, işğalçının mövqeyi pislənilib və Bakının danışıqlara sadiqliyi ifadə olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan rəhbəri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

B.Səfərov “Ölkə.az”a açıqlamasında deyib ki, Nikol Paşinyan ermənilərə bu cür yalan vədlər verməklə iqtidarda qalmağa çalışır: “Paşinyan hakimiyyətə yeni gələndə deyirdi ki, münaqişə Qarabağ ermənilərinin problemidir. İndi də deyir ki, Dağlıq Qarabağı Ermənistanın ərazisinə birləşdirmək lazımdır. Bu bütün beynəlxalq hüquq normalarına ziddir. Əgər müharibə olsa, indiki Ermənistan Azərbaycanın qarşısında davam gətirə bilməz. Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin dərsini verib. Həmin vaxt Ermənistan rəhbərliyi kimə yalmanırdısa, məhz onların xahişi ilə Ermənistana güzəşt olundu. Eyni zamanda cənab prezident İlham Əliyev humanist davranaraq istəmədi ki, erməni anaları gözüyaşlı qalsın. Ermənilərin gündə bir cildə girməsi yeni deyil. Onlar tarixən özlərinə bir ağa axtarmaqla tanınıblar. Görünür ki, bir ağa ermənilərə azlıq edir. Ona görə də indi Nikol Paşinyan yeni ağalar axtarır”. İcma rəhbəri qeyd edib ki, əgər ermənilər səsini çıxarsa, Azərbaycan ordusu dərhal başını əzəcək: “İndi hünəri varsa, Paşinyan Qarabağı Ermənistana birləşdirsin, görək bunu necə edir! Ermənilər səsini çıxarsa, Azərbaycan ordusu dərhal başını əzər. Baxmayaraq ki, Qarabağ işğal altındadır, ancaq həmin yerlərə bütün nəzarəti Azərbaycan ordusu edir. Ən əsası da Azərbaycan ordusu bu işğala dərhal son qoymaq üçün alışıb yanır. İnanın ki, Ali Baş Komandan tərəfindən Azərbaycan oğullarına əmr verilsə, ən yaxın zamanda torpaqları işğaldan azad edəcəklər. Bunu ermənilər çox yaxşı bilir”.

Eyni gündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edərək, separatçıların lideri Bako Saakyanla görüş keçirib.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, dünən axşam keçirilən görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub.

***

Belə bir ərəfədə məlum olub ki, Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalistlərə bildirib. “Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarım yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, - o vurğulayıb.

Ermənistan əslində “ağa”sından pulsuz silah almağı hədəfləyir. İrəvanın son aylarda Rusiyanı şantaj yolunu seçməsi və Qərbə üz tutmaq istəyi onunla nəticələnə bilər ki, Moskva yenə də öz arsenalındakı silahlardan işğalçı ölkəyə kredit adı ilə pay ötürə bilər.

Politoloq Elçin Mirzəbəyli axar.az-a bildirib ki, Paşinyanın Qarabağı “Ermənistanın bir hissəsi” kimi təqdim etməsi barədə fikirləri Minsk Qrupuna üzv olan dövlətlərə Ermənistana qarşı sərt bir mövqe sərgiləmək və Ermənistana qarşı konkret sanksiyalar tətbiq etmək üçün əlverişli zəmin yaradır. “Əgər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvləri üzərinə düşən missiyanı yerinə yetirərək, işğalçı dövlətə və onun başıboş baş nazirinə qarşı konkret olaraq, hər hansı bir sanksiya tətbiq edilməsi istiqamətində addımlar atmırsa, o zaman Minsk prosesində iştirak etməyin də hər hansı bir önəmi və mənası qalmır. Belə olduğu təqdirdə, Azərbaycan prosesin bütövlükdə beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və ədalətli aparılmadığını önə çəkərək, Ermənistanla tamamilə danışıqları dayandıra və öz ərazilərini işğaldan azad etməsi üçün daha sərt və beynəlxalq hüququn tələb etdiyi addımları ata bilər”.

“Yəqin ki, yaxın həftələrdə Qarabağla bağlı bir çox məsələlərə qismən də olsa, aydınlıq gələcək. Ümumilikdə götürəndə, vəziyyət çox gərgin və narahatedicidir”. Bunu isə adının çəkilməsini istəməyən hərbi ekspertlərdən biri “Yeni Müsavat”a bildirdi. Ekspert dedi ki, hələlik ciddi toqquşmaların olacağını düşünmür: “Amma belə bir şey baş versə, çətin ki, Rusiya bu dəfə məsələyə ciddi müdaxilə edə bilsin. Onlar 2016-cı ilin aprel hadisələri zamanı üzərinə götürdükləri öhdəlikləri qətiyyən yerinə yetirmədilər və əksinə, bu müddət ərzində də hər iki tərəfdən itkilər oldu. Olsa-olsa Moskva yalnız hansısa bəyanatla, təkliflə çıxış edə bilər. İndi vəziyyət də bir qədər fərqlidir, reallıqlar da bir qədər başqadır”.

Ermənistan rəhbərliyi diqqəti daxildəki problemlərdən yayındırmaq və həmçinin danışıqların davamının mümkünsüzlüyünə dünya ictimaiyyətini inandırmaq üçün yeni təxribat şousu hazırlayıb. Erməni mediasında geniş işıqlandırılan həmin məlumatlarda iddia olunur ki, Tavuş rayonundakı Baqanis yaşayış məntəqəsi guya Azərbaycan tərəfdən atəşə məruz qalıb və sakinlər güllə səsləri altında haray-qışqırıq salıblar. Ermənistan müdafiə nazirinin sözçüsü T.Balayan da bu iddia ilə çıxış edib. Heç kəsin xəsarət almadığı bir tamaşanı yaymaqla düşmən təbii ki, həm də bundan əvvəl olduğu kimi, növbəti təxribata hazırlaşır. Ermənistan adətən təxribatlaröncəsi belə şoular hazırlayır və ictimai rəyi hazırlamaq istəyir. Azərbaycanın müvafiq qurumları bu təxribatlara münasibət bildirməyə zərurət görmür. Amma eyni zamanda bildirirlər ki, narahatlıq üçün əsas yoxdur, hər şey nəzarət altındadır.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransanı kütləvi etirazlar bürüdü - Ölən var
17.11.2018
“Lotu Quli”nin adamı saxlanıldı - Səs yazısı
17.11.2018
Əfsanəvi sahə müvəkkili Tofiq Kərimov Udmurtiyada yad edildi
17.11.2018
Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir
17.11.2018
Qaşıqçı vəliəhdin əmri ilə öldürülüb - MKİ