Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Azərbaycan əhalisinin sayı açıqlandı

14:28  |    12 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9 943 226 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 009 nikah və 8 538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1 280 nəfər təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb