Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu

11:11  |    12 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb.

Qaziler.az bildirir ki, sentyabrın 11-də turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə seçim turlarının rəhbəri, Mərkəzin tərcümə və nəşr məsələləri üzrə baş redaktoru Vilayət Hacıyev açıb. O, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə əlamətdar töhfələr verəcəyini bildirib. Həmçinin imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini qeyd edib:

–Məlumat Bazası, əsasən, dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi sənədlərin, eləcə də digər mətn və materialların tərtibi və tərcüməsinə cəlb oluna biləcək dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədini daşıyır. Düşünürük ki, bu irimiqyaslı layihə ölkənin dil və tərcümə sahəsində nizam yaradacaq, onun inkişafına əsaslı təkan verəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb