Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6267

Digər sorğular

Azərbaycan-İran avtomobil zavodu ixraca başlama vaxtı barədə

21:45  |    09 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan-İran avtomobil zavodu "Xəzər” gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.

Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinindən bildiriblər.

Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: "Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda "Khazar LD” və "Khazar SD” modelləri istehsal olunur”.

Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq "Renault” və Peugeot” brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: "Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır”.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.04.2019
İstanbulda Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin görüşü keçiriləcək
19.04.2019
Qaz və işıq limiti ləğv oluna bilər - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq
18.04.2019
Prezidentdən çörəklə bağlı vacib qərar - vergi güzəştinin müddəti uzadıldı
16.04.2019
Azərbaycanla Belarus traktor istehsal edəcək - Türkiyədə
14.04.2019
Azərbaycana gətirilən bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib