Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5886

Digər sorğular

Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

13:32  |    07 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II

Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda” tamaşası ilə iştirak edəcək.

Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival

Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası sentyabrın 16-da teatrsevərlərə nümayiş etdiriləcək.

Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad
Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir.

Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsr olunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırmancəhdini, onu belə addım atmağa sövq edən insani motivləri açıb göstərir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.10.2018
Daha 3 məşhur “Diriliş Ertuğrul”da - Fotolar
12.10.2018
Akademik Milli Dram Teatrında İlham Əsgərovun xatirə gecəsi keçirilib
09.10.2018
İlham Əsgərovun xatirə gecəsi keçiriləcək
08.10.2018
Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib
27.09.2018
Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!” tamaşası təqdim olunub