Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5886

Digər sorğular

"İlham Əsgərov sənət uğrunda şəhid oldu" - Xalq artisti

19:19  |    06 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Bu gün xalq artisti İlham Əsgərovun vəfatından 3 il ötür.

1982-ci ildən vəfatına qədər Akademik Milli Dram Teatrda çalışan aktyor teatrın ən populyar tamaşalarında iştirak edib. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

O, tək teatrda və filmlərdə oynadığı rolları ilə deyil, bədii qiraətçi kimi də tamaşaçıların sevgisini qazanıb. Mərhum aktyorun sənət yoldaş xalq artisti Nurəddin Mehdixanlı İ.Əsgərovun insani xüsusiyyətlərindən danışıb.

“Insanlar var ki, öləndən sonra heç kimin yadinda qalmırlar. Sadəcə özləri üçün yaşayıb, unudulurlar. Amma insanlar da var ki, həyatda çox yaşamırlar, ancaq dərin iz buraxılırlar, heç vaxt unudulmurlar. İlham ikincilərdən idi. O, fikirləri, əməlləri, əxlaqı ilə yaddaşda qalıb.

Bütün mənalarda çox əxlaqlı bir insan idi. Bəlkə də çox az saylı adamlardan idi ki, yalan danışmırdı və bacarmırdı. Pisə pis, yaxşıya yaxşı deyirdi. Yaxşı iş üçün sevinirdi”.

N. Mehdixanlı daha sonra həmkarının tələbəlik illərini xatırlayıb. “İlhamla institutda eyni vaxtda oxumuşuq. Amma ayrı-ayrı kurslarda idik. Təhsilini bitirdikdən sonra “Azdrama”ya gəldi. Biz tərəfmüqabili olaraq bir çox tamaşalarda oynadıq. İstedadlı aktyor səmimi, rahat, xoş insan idi. İlham Azərbaycan ədəbiyyatının gözəl təbliğatçısı olub. Bu gün bizim hansısa bir televiziya kanalını açsanız, orada mütləq İlhamla bağlı nəsə görəcəksiniz, eşidəcəksiniz - tamaşasından bir parça görüntünü, səsləndirdiyi filmi, bədii qiraətini vəs. Dostlarına, sənətinə, millətinə bağlı adam kimi tanıyırdıq onu.

Ancaq təəssüf ki, yaxşıları sevməyənlər də olur... Və həmişə yaxşı insanlar az yaşayırlar. Tam məsuliyyətlə deyirəm və dediyimin nə olduğunu da bilirəm, İlham Əsgərov Akademik Milli Dram Teatrının yaşaması, gələcəyi üçün və şərəfinin qorunması yolunda şəhid oldu. O dünyasın dəyişmədi, sənət uğrunda şəhid getdi. Biz onu heç vaxt unutmayacağıq. Masallının Xoşçobanlı kəndindən Bakıya arzularının arxasınca gəlmişdi. Böyük hörmətlə, sevgi ilə də kəndinə aparılıb dəfn olundu. Ən böyük arzusu övladının universiteti bitirməsini və toyunu görmək idi. Amma nakam getdi” .
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.10.2018
Daha 3 məşhur “Diriliş Ertuğrul”da - Fotolar
12.10.2018
Akademik Milli Dram Teatrında İlham Əsgərovun xatirə gecəsi keçirilib
09.10.2018
İlham Əsgərovun xatirə gecəsi keçiriləcək
08.10.2018
Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib
27.09.2018
Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!” tamaşası təqdim olunub