Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6093

Digər sorğular

Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

17:29  |    05 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb.

AzVision.az-ın məlumatına, görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2019
Bakı-Odessa və Bakı-Xarkov aviareysləri açılacaq
13.01.2019
Təbriz-Bakı-Təbriz aviareysi açıldı
10.01.2019
Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb
08.01.2019
Doha-Bakı-Doha aviareysi ləğv edildi
27.12.2018
Azərbaycanda iki tikinti şirkəti birləşib