Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6141

Digər sorğular

Həmişə yaşar aktyor - VİDEO

00:42  |    04 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Yaşar Nurinin doğum günüdür

Səni axtarıram, mənim sevimli aktyorum. Yəqin ki, bu gün Azərbaycanda içi mən qarışıq yüzlərlə, minlərlə tamaşaçı Yaşar Nurini axtarır. Televiziya tamaşalarında, bədii filmlərdə. Bilə-bilə o daha yoxdur, minib getdiyi qatar geri qayıtmayacaq. O qatarın digər sərnişinləri kimi..Hamlet Xanızadə kimi, Həsən Əbluç kimi...

Amma nə yaxşı bizi geriyə qaytaran yüzlərlə rolu var Yaşar Nurinin . Xoşbəxt adamdır əslində. Oynadığı obrazlarda onu axtara-axtara həm də özümüzü tapırıq. Uşaqlığımızı, gəncliyimizi tapırıq, birimiz Gülnar oluruq, birimiz Gülcan, birimiz Həsənağa...

Bu gün “şofer Həsənağanın” - Yaşar Nurinin doğum günüdür. 1951-ci ildə Bakıda aktyor ailəsində anadan olmuşdu. Əvvəl onu atası Məmmədsadıq Nuriyevə görə tanıyırdılar. Qısa zamanda atasını oğula görə tanıdılar. Azərbaycanın kino və teatr səhnəsində çox tez parladı. Hamının sevdiyi aktyor ola bildi. Hamının sevdiyi aktyorlar isə heç vaxt ölmür. Həmişə yaşa, Yaşar Nuri. Ad günün mübarək!

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2019
Şəmistan Əlizamanlının 60 illik yubileyi keçirilib - FOTOLAR
18.02.2019
Elnarə Abdullayeva: “Duxlu" oğlan var ki, qeybətimi etsin?"
16.02.2019
Məşhur aktyor "Diriliş Ertuğrul"dan gedir
06.02.2019
Ramiz Əzizbəyli: "Həkimlər ikinci ayağımı kəsməkdə qərarsızdırlar"
05.02.2019
"Böyük Dayaq" filmi ilə bağlı heç yerdə eşitmədikləriniz - VİDEO