Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

"ABŞ heç nəyə nail ola bilməyəcək" - Çavuşoğlu

23:37  |    19 Avqust 2018  |   E-mail  |  Çapa göndər


“Türkiyə ABŞ ilə münasibətlərin gərginləşməməsi və problemlərin həlli üçün diplomatiya yolunu seçdi. Problemlərin həlli ilə bağlı təkliflərimizi verdik. Amma ABŞ təhdid yolunu seçdi”.

AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

XİN rəhbəri Vaşinqtonun "F-35" qırıcıları ilə bağlı sanksiya hədələrindən söz açıb. Bildirib ki, hökumət "F-35" qırıcıları barədə 90 gün ərzində qərar verəcək, bu müddətdə isə növbəti qırıcılar Türkiyəyə göndərilməyəcək.

"F-35 layihəsində biz ABŞ-la ortağıq. Türkiyədə də istehsal edilir. “Mən istədim olmadı, Türkiyə çıxsın” kimi təktərəfli imtina ola bilməz. Bu, ortaq layihədir və davam edəcək. Problemlər bu gün var, sabah da ola bilər, lakin bunun həlli üçün mübarizə aparılmalı, birlikdə addımlar atılmalıdır”, - deyə Çavuşoğlu vurğulayıb.

Nazirin sözlərinə görə, ABŞ məsələyə bu cür yanaşmaqla heç bir nəticəyə nail ola bilməyəcək: “Gərginliyin azaldılması, həlli üçün görüşlər keçiririk, görüşdən dərhal sonra Vaşinqtondan təhdid mesajları gəlir. Bir daha bəyan edirəm ki, bu cür münasibətlə heç bir nəticə əldə edə bilməyəcəksiniz. Hər ölkənin hüququ, qanunları və məhkəməsi var. Belə görünür ki, ABŞ Türkiyə ilə mövcud olan problemləri həll etmək istəmir”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Rusiya İsraili fakt qarşısında qoydu - “İl-20” qalmaqalı
24.09.2018
Keçmiş silahdaşı Paşinyanı təhqir etdi
24.09.2018
Güclü külək pilotlara çətin anlar yaşatdı – VİDEO
24.09.2018
Tehranın deputatı: Azərbaycan dilinin tədrisi məsələsi...
24.09.2018
ABŞ İranı TƏHDİD ETDİ - Siyasət dəyişməsə...