Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər - SƏFİR

16:30  |    19 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Çin tərəfi üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir.

Bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.

Səfir bildirib ki, 2015-ci ildə Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb:

“Bu model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir. Son iki il ərzində bu əməkdaşlıq modeli beynəlxalq arenada müsbət rəy alıb”.

V.Tszinhuanın sözlərinə görə, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir:

“Dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, ölkələrimiz arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı. İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə genişlənir”.

Səfir xatırladıb ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Dollarla kredit götürənlərin nəzərinə! - Konstitusiya Məhkəməsi qərarını açıqladı
21.09.2018
Vyetnam prezidenti vəfat edib
09.09.2018
Azərbaycan-İran avtomobil zavodu ixraca başlama vaxtı barədə
09.09.2018
İki aprel şəhidinin qardaşı və bacısı evlənir: nişan mərasimi Şəhidlər Xiyabanından başladı - FOTO
05.09.2018
Kartofa gömrük rüsumu 2 dəfə artırıldı