Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Bakıda “avtobus manyakı” peyda olub – VİDEO

22:13  |    17 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

"Xaliq Faiqoğlu" şirkətindən Trend-ə verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin “avtobus manyakı” sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyəti orqanlara müraciət edilib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23.09.2018
Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb