Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI

10:22  |    13 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Uzun illər dövlət idarə və təşkilatlarında çalışaraq müxtəlif vəzifələr tutanlar arasında sonradan buraxdığı səhvlərə görə hər şeyini itirən, hətta həbs olunanlar az olmayıb.

Lakin elə şəxslər də var ki, illərini bu işə sərf edib, müxtəlif çətinliklərlə üzləşsələr də, əziyyətlərinin bəhrəsini görüblər. Onların arasında yaşı 70 və ondan çox olan məmur və deputatlar az deyil. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

1. Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehtiyevin 80 yaşı var. R. Mehtiyev 17 aprel 1938-ci ildə Bakıda anadan olub.

2. Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 88 yaşı var. X. Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

3. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 79 yaşı var. Ş. Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub.

4. Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovun 78 yaşı var. H. Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisidə anadan olub.

5. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın 81 yaşı var. Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub.

6. Baş nazirin müavini Hacıbala Abutalıbovun 74 yaşı var. Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub.

7. Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun 80 yaşı var. F. Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

8. Millət vəkili Ziyad Səmədzadənin 78 yaşı var. Ziyad Səmədzadə 25 iyun 1940-cı ildə Bakının Buzovna kəndində anadan olub.

9. Baş Nazir Novruz Məmmədovun 71 yaşı var. Novruz Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

10. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 71 yaşı var. Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

11. Millət vəkili Hadı Rəcəblinin 71 yaşı var. Hadı Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub.

12. Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev 71 yaşındadır. Alı Qocayev 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.

13. Millət vəkili Vahid Əhmədovun 71 yaşı var. Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub.

14. Baş nazirin müavini Əli Həsənovun 70 yaşı var. O, 10 aprel 1948-ci ildə Cəbrayılın Böyük Mərcanlı kəndində anadan olub.

15. Daxili işlər naziri Ramil Usubovun 70 yaşı var. Ramil Usubov 22 dekabr 1948-ci ildə Xocalıda anadan olub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
18.08.2018
Sabahın hava PROQNOZU
18.08.2018
DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...
17.08.2018
Bakıda “avtobus manyakı” peyda olub – VİDEO
17.08.2018
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ