Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

Ağ Evdə şok olay: "İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir..."

19:29  |    12 Avqust 2018  |   E-mail  |  Çapa göndər


ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib.

Virtualaz.org xəbər verir ki, Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri “The Washington Post” qəzeti yer verib.

Maniqolt-Nyuman bildirir ki, 2017-ci ilin əvvəllərində Oval ofisə daxil olanda Trampın kağız parçalarını çeynədiyini görüb.

“Tramp həmişə hermofob olub. Mən onun kağızı necə çeynəyib udduğunu görəndə şoka düşdüm. Həmin kağızda çox güman ki, çox-çox həssas informasiya var idi”-keçmiş məmur kitabda yazır.

Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları “yalan və uydurma” adlandırıb.

Lakin 2018-ci ilin iyun ayının əvvəllərində “Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır.

“Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fırtına Kəbənin örtüyünü uçurtdu, hacılar qorxuya düşdü - VİDEO
20.08.2018
ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu
19.08.2018
"ABŞ heç nəyə nail ola bilməyəcək" - Çavuşoğlu
19.08.2018
"Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq" - Erməni ekspertlər
19.08.2018
QKÇP qiyamından 27 il keçdi