Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6091

Digər sorğular

Ərdoğan Türkiyənin ticari tərəfdaşlarına səsləndi

19:40  |    12 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Prezident: Ticarəti milli valyuta ilə aparmağa hazırıq

Türkiyə öz tərəfdaşları ilə ticarəti milli valyuta ilə aparmağa hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində keçirilən mitinqdə deyib.

"Biz artıq ikitərəfli ticarətdə daha böyük pay sahibi olan Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutada ticarət aparmağa hazırlaşırıq. Ancaq Avropa ölkələri dolların təzyiqindən azad olmaq istəyirlərsə, biz onlarla da analoji sistemi yaratmağa hazırıq", - deyə Anadolu agentliyi prezidentin sözlərini sitat gətirib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara dünyaya iqtisadi müharibə elan olunduğu, bir sıra ölkələrə isə sanksiya təhdidi ilə təzyiq göstərildyi bir şəraitdə yaranmış vəziyyətə dözmək niyyətində deyil. O, eyni zamanda xatırladıb ki, dünyada elə bir siyasətçi və elə bir ölkə yoxdur ki, Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmaqla uğur qazansın.

Prezident həmçinin bildirib ki, Türkiyə xalqına əziyyət verən hər bir kəs gec-tez buna görə cavab verəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib
21.01.2019
İsrail ordusu Suriya “Pançir”ini belə məhv etdi - Video
21.01.2019
"Interpol" azərbaycanlı milyarder və həyat yoldaşının işini araşdırır
21.01.2019
Rusiya Yaponiya arasında GƏRGİNLİK
21.01.2019
İsrail qırıcıları Dəməşq aerportuna hücum edib