Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

İran: "Biz Türkiyənin yanındayıq, yalnız olduqlarını düşünməsinlər"

14:14  |    12 Avqust 2018  |   E-mail  |  Çapa göndər


"Biz İran xalqı və dövləti olaraq yaxşı və pis gündə hər zaman Türk milləti və dövlətinin yanında olduq və bundan sonra da olmağa davam edəcəyik".

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. O, Trampın Türkiyəyə sanksiya tətbiq etməsini pisləyərək, bu üsulun heç bir nəticə verməyəcəyini diqqətə çatdırıb:

"Başqaları millətlərin iradəsini təhdid edərək zorla dəyişdirə bilməzlər. Xüsusilə bir dövlət başçısının başqa bir ölkəyə iqtisadi sanksiya tətbiq edərək, bundan zövq almasına təəssüf edirik. Bu üsul heç bir nəticə verməıyəcək. Ağıl, məntiq və tolerantlığın dünya ölkələri arasındakı münasibətlərdə əsas götürüləcəyinə ümid edirik".


XİN rəsmisi açıqlamasının sonunda iki ölkə arasında münasibətlərin hər zaman yaxşı olduğunu və bundan sonra da belə qalacağına ümid etdiyini bildirib.

"Türk xalqı və hökumətinin bu sanksiyaları idarə etməsini və uğur qazanmasını diləyirik. Bu gün bu mesajı qonşu ölkəmizə vermək istəyirəm ki, bunun nəticəsində İranın onların yanlarında yer aldığını bilsinlər və heç zaman yalnız olduqlarını düşünməsinlər. Biz həmişə Türkiyənin yanında olacağıq və əlimizdən gələn hər cür köməyi edəcəyik. Bu çətin vəziyyətdə bir-birimiz üçün çox yaxşı əməkdaş olacağıq və Türkiyə ilə İranın bir-birinə necə lazımdırsa köməklik göstərəcəyinə əminəm".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fırtına Kəbənin örtüyünü uçurtdu, hacılar qorxuya düşdü - VİDEO
20.08.2018
ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu
19.08.2018
"ABŞ heç nəyə nail ola bilməyəcək" - Çavuşoğlu
19.08.2018
"Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq" - Erməni ekspertlər
19.08.2018
QKÇP qiyamından 27 il keçdi