Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

İlhamın Fərizəsinin doğum günüdür – 20 yanvarın SEVGİ DASTANI

07:30  |    11 Avqust 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın müasir dövrün məhəbbət dastanını yazan cütlükdən birinin – Fərizənin ad günüdür.

Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. O, 1989-cu il iyunun 30-da sevdiyi İlham Allahverdiyevlə ailə qurub və xoşbəxt yaşayıblar. Amma cəmi altı ay on doqquz gün...Əslində normal halda insan ömrünə baxsaq çox kiçik rəqəmdir...Ancaq mənalı və şərəfli bir ömür oldu bu. Onlar öz adlarını tarixə qızıl hərflərlə yazdılar.

Fərizənin sevdiyi, həyat yoldaşı İlham Əjdər oğlu Allahverdiyev isə 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.

Bu gün Fərizənin ad günüdür. Fərizəni İlhamsız xatırlamaq mümkün deyil. İlhamın ad günündə də Fərizəni unutmaq olmaz. Onlar bir bütövdür. Əsl sevgi də elə budur!

Xatırladaq ki, 1990-cı ilin 19 yanvarında Sovet qoşunları Bakıda dinc insanları qətlə yetirərkən onların qarşısına çıxıb etiraz edənlərdən biri də İlham Allahverdiyev olub. O müdhiş gecə həlak olan İlhamın xanımı Fərizə bu itkiyə dözməyərək, özünə qıymaqla işğalçılara etiraz etdi!

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.08.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb
21.08.2018
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018
Bəzi rayonlarda şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
20.08.2018
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
20.08.2018
Sabahın hava PROQNOZU