Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Bakıda sərnişin avtobusu dərəyə aşdı: ölən var

02:45  |    11 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Bu gün saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştiakı ilə qəza baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Qaynarinfo-ya verilən məlumata görə, qəza ilə bağlı məlumat daxil olan kimi BNA-nın əməkdaşları hadisə yerinə gedib. İlkin məlumata görə 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən, avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.

Məlumat qeyd olunur ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildirilir ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq süni ajiotajın yaranmasına səbəb olur. Bu cür hadisələr zamanı BNA-nın yaydığı rəsmi məlumatlara istinad edilməsi xahiş edilir.

Əvvəllər açıqlandığı kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib.

***21.35

Günəşlidə avtobus dərəyə aşıb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, axşam saatlarında 64 nömrəli marşurut avtobusu təzə benzindoldurma məntəqəsi adlanan ərazidə dərəyə aşıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sisteminin işləməməsi olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Mais Ağayevin sözlərinə görə, avtobusda sərnişin olmayıb:

"Avtobusda sərnişin olmayıb. Hadisə zamanı ölən və yaralanan yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bakı metrosunda törədilən terrordan 25 il ötür
19.03.2019
Bakıda avtobus dəhşətli qəza törətdi - Foto
19.03.2019
Ermənistan Ombudsmanı azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı ilə görüşüb
18.03.2019
Azərbaycan efirində dava: müğənni aktyoru söhbətə çağırdı (VİDEO)
17.03.2019
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - VİDEO