Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Sərkisyanın Xankəndiyə qəfil səfərinin – Səbəbi

17:52  |    10 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Serj Sərkisyan da həbs təhlükəsi altındadır.

Bu sözləri Axar.az-a Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat Sərkisyanın Xankəndiyə qəfil səfərinin səbəblərinə belə aydınlıq gətirib:

“Birincisi, Qarabağ klanının əsas arxası Qarabağ separatçılarıdır. Orada hazır silahlı qüvvə var və lazım gələrsə, bundan Paşinyana təzyiq üçün istifadə etmək mümkündür. İkincisi, səfərin Köçəryanın həbsi ilə bağlı olduğunu düşünmürəm. Sərkisyan Köçəryanın rəqibi idi, onun hakimiyyətə qayıtmasının bütün yollarını kəsmişdi. Düzdür, hər ikisi Qarabağ klanının üzvü olsa da, son illər daha çox rəqib kimi görünürlər. Üçüncüsü, Sərksiyan Qarabağa gizlənmək üçün də gedə bilər. Çünki Sərkisyan da həbs təhlükəsi altındadır. Ermənistan parlamenti Sərkisyanın toxunulmazlığını götürərək onu istintaqa cəlb edə bilər”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.

Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyi və artıq 3 gündür Xankəndidə olduğu bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Erməni mediası Rusiya əleyhinə təbliğatı davam etdirir - VİDEO
14.12.2018
“Putinin Paşinyanı təbrik etməməsinin bircə izahı var” – Kommunist Partiyası
14.12.2018
Qeyri-adi müsabiqə: bir dəqiqədə 20 çili bibəri yedi...
13.12.2018
“Təxribatdır” – Rusiyadan NATO və ABŞ-a Qafqaz xəbərdarlığı
13.12.2018
Qarabağda kütləvi istefalar: Paşinyanın qisas əməliyyatı