Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Lavrovun müavinindən ilginc Xəzər açıqlaması: “Nə dənizdir, nə göl...”

12:25  |    10 Avqust 2018  |   E-mail  |  Çapa göndər


İki gün sonra Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri tarixi konvensiya imzalayacaq

İki gün sonra Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin zirvə görüşünə maraq böyükdür. Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla yanaşı altı hökumətlərarası sazişin imzalanması gözlənilir. 25 illik danışıqlardan sonra Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderlərinin Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqları həqiqətən tarixi hadisə hesab oluna bilər.

“Kommersant”a müsahibə verən Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, 12 avqust tarixində Aktau şəhərində keçiriləcək sammitdə imzalanacağı gözlənilən konvensiyada Xəzər nə dəniz olacaq, nə göl.

“Nə dəniz, nə də göl olacaq. Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, müəyyən coğrafi, hidroloji və digər xüsusiyyətləri ilə izah olunur. O, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan qitələrarası bir hövzədir və buna görə də dəniz qismində nəzərə alına bilməz”, - deyə nazir müavini bildirib. Karasinin sözlərinə görə, Aktau sammiti sonuncu deyil.

“Əldə edilən tempi nəinki azaltmaq olmaz, əksinə, artırmaq lazımdır. Bütün əvvəlki illərdə yalnız 9 hüquqi cəhətdən hüquqi öhdəliyə malik olan beştərəfli sənəd hazırladığımız təqdirdə, Aktauda - böyük dövlətlərarası sazişdən əlavə, eyni zamanda altı yeni hökumətlərarası sazişin imzalanması gözlənilir. Konvensiya qəbul edildikdən sonra Xəzərin formatının nəzərəçarpacaq dərəcədə güclənəcəyi gözlənilir. Daimi konsaltinq platformasının yaradılması məsələsinin vaxtı gəlib”, - Qriqori Karasin belə deyib.

Karasinin bildirdiyinə görə, konvensiya Rusiyanın maraqlarına tam cavab verir.

“Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər”.

Bunu isə bu günlərdə “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb”, - E.Məmmədyarov bildirib.

Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: “Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır”.

Rusiyanın Xəzərdə mövqelərini daha da gücləndirməsi Xəzəryanı dövlətlər üçün arzuedilən deyil. Doğrudur, Rusiya illərdir ki, Xəzərdə özünü söz sahibi hesab edir və İranı nəzərə almasaq, buradan hətta dünyaya meydan oxumağa meyllidir. Məsələn, 2015-ci ildə Suriyada İŞİD mövqelərinin Xəzərdən “Kalibr” qanadlı raketləri ilə vurulmasını xatırlatmaq kifayətdir. Baxmayaraq ki, Rusiya özü sözdə Xəzəri barış hövzəsi elan etsə də, buradakı hərbi potensialını və gücünü göstərməkdə daima maraqlı olub. Bu, xüsusilə 2009-2010-cu illərdə ABŞ-ın Xəzərə marağının artmasından sonra özünü daha qabarıq göstərdi. Yada salaq ki, bu illərdə ABŞ Xəzər təhlükəsizliyi ilə bağlı xüsusilə Azərbaycanla intensiv əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində ABŞ Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verdi, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak etdi. Birləşmiş Ştatlar Buş administrasiyası dövründə bu əməkdaşlığı genişləndirərək Xəzərdə enerji infrastrukturlarının mühafizəsi adı altında “X-Band” tipli radar kompleksi də yerləşdirməyi planlaşdırırdı. Lakin sonradan Amerika administrasiyasının regionla bağlı prioritetləri dəyişdi. 2010-cu ildə Bakıda keçirilmiş Xəzər sammitində isə imzalanan sazişdə dənizdə təhlükəsizlik məsələsinin ancaq sahilyanı ölkələrin səlahiyyətində olduğu razılaşdırıldı.

Həm Obama dövründə, həm də Donald Trampın hakimiyyətində ABŞ-ın Xəzərdə fəallığı olmayıb.


“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.08.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb
21.08.2018
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018
Bəzi rayonlarda şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
20.08.2018
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
20.08.2018
Sabahın hava PROQNOZU