Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5897

Digər sorğular

Sabah Bakının bu hissələrində qaz olmayacaq

23:36  |    09 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.10.2018
86 il əvvəl dünyaya gələn Xəlil Rza Ulutürk
21.10.2018
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi
20.10.2018
Prezident onları təltif etdi - Sərəncam
20.10.2018
"Azərenerji"də yüksək vəzifələrə təyinatlar olub
20.10.2018
Komada olan Qoşqar Hacıyev müalicə üçün Türkiyəyə göndərilir