Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

“Ermənilər başa düşürlər ki, müharibə təhlükəsi çox ciddidir” - sabiq nazir

01:50  |    10 Avqust 2018  |   E-mail  |  Çapa göndər


“Mən inanmıram ki, Ermənistanda hansısa ciddi mövqelərə malik olan insanlar işğal altındakı torpaqların azad olunması ilə bağlı çağırış etsin. Onların mövqeyi bundan ibarətdir ki, biz bu torpaqları qaytarmırıq, çünki “vətənimizin bir parçasıdır”. Yəni onların mövqeyi sərtləşib”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri müsavat.com-a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, Ermənistanda Levon Ter-Petrosyanın partiyasının üzvlərindən birinin Dağlıq Qarabağın ətrafındakı rayonların işğal edildiyi və onların qaytarılması zərurəti ilə bağlı dediklərinə Qarabağ erməniləri “etiraz mitinqləri” ilə reaksiya veriblər.

Bütün bunları sadəcə şou hesab edib T.Zülfüqarov dedi ki, Azərbaycan ictimaiyyətinə bəzən yanlış məlumatlar çatdırılır: “Məsələn, guya ki, Duqin deyir Paşinyan rayonların qaytarılması ilə bağlı razılaşmanı pozub. Guya ki, Serj Sərkisyanla belə bir razılaşma var imiş. Birincisi, bu razılaşma var idisə, nəyə görə on il ərzində həyata keçirilməyib? Bu yanlış məlumat təəssüflər olsun ki, ciddi şəkildə bizdə yayırlar, ancaq bu, həqiqətə uyğun deyil. Sərkisyan heç də rayonları qaytarmaq fikrində deyildi. İkinci məlumat ondan ibarətdir ki, guya Rusiya “İsgəndər” raketlərinin ikinci diviziyasını Ermənistana satmağa hazırlaşır. Əvvəla, birinci diviziyanın olub-olmadığına hələ aydınlıq gətirilməyib. Digər tərəfdən də görünür ki, Rusiya tərəfindən bizə aid hansısa təbliğat prosesi gedir. Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq və aldanmamalıyıq”.

Bu ərəfədə bəzi erməni ekspertlər Qarabağda müharibənin hər an başlaya biləcəyindən danışırlar. Onlar hesab edir ki, müharibə avqustda da başlaya bilər, sentyabrda da. T.Zülfüqarov savaşın başlanması ehtimalından da danışdı: “Artıq erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, bu torpaqları saxlamaqla müharibə yolunu seçiblər. Yəni ermənilər başa düşürlər ki, Azərbaycan heç bir halda müharibəsiz bu əraziləri ermənilərə verən deyil və müharibə yolu ilə torpaqlarını qaytara bilər. Qabaqlar elə düşünürdülər ki, danışıqların hansısa mərhələsində Azərbaycan ərazilərin bir qisminin qaytarılmasına razı ola bilər. Əvəzində isə Dağlıq Qarabağa “müstəqillik” statusunun verilməsinə razılaşar. Amma indi onlar başa düşürlər ki, müharibə təhlükəsi çox ciddidir”.

Ermənilərin Naxçıvanla bağlı iddialarının yenidən ortaya çıxmasına gəldikdə, T.Zülfüqarov bunun daha çox daxili auditoriyaya yönəldiyi qənaətindədir: “Ermənistanda daxili siyasi təbliğat onun üzərində qurulub ki, populist fikirlər səsləndirənlər daha çox ictimai dəstəyə və dəstəyə malik olur. Onların daxili siyasi mühiti bundan ibarətdir. Ermənilər Bakıdan da, Naxçıvandan da danışırlar. Təbii ki, onların bu iddiaları reallığa söykənmir. Əgər real olsaydı, onda ermənilər Rusiyadan yapışıb xahiş etməzdilər ki, onların təhlükəsizliyinə qarant olsun”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dekabrın ikinci yarısında havanın temperaturu aşağı enəcək - Umayra Tağıyeva
14.12.2018
Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib
14.12.2018
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
14.12.2018
Səbail rayon icra başçısının müavini vəzifəsinə təyinat olub
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb