Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Qəbələnin ən qədim abidəsində arxeoloji qazıntılar aparılıb

19:29  |    09 Avqust 2018  |   E-mail  |  Çapa göndər


AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayı ərzində Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirmişdir.

Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.

Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilmişdir ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə, Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.

Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər, müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkar edilmişdir. Bu yaşayış yerində hələ 6 min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı mis ərintisi də aşkar edilmişdir. Dulus çarxının qalıqlarının aşkar edilməsi və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir.

Əldə edilmiş maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyalarının mədəni ənənələri ilə genetik bağlı olduğunu göstərmişdir.

Ekspedisiya müddətində rayon ərazisində kəşfiyyat işləri də aparılmış və nəticədə bir neçə arxeoloji sahə aşkar edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.08.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb
21.08.2018
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018
Bəzi rayonlarda şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
20.08.2018
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
20.08.2018
Sabahın hava PROQNOZU