Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Hacı Qalib: “Onlara demişəm ki, Rəsul Quliyev qayıdar gələr, danışarıq”

18:38  |    09 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Hacı Qalib: “Bağ mənimdir, onlar da elə bilirlər ki, bağ Quliyevlərindir”


Milli Məclisin keçmiş spikeri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası yenidən başlayıb. Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək deyiblər ki, Hacı Qalib məhkəmə qərarı ilə onlara qaytarılan bağ sahəsini yenidən zəbt edib.

Telman Quliyev deyib ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib: “Uzun müddət oradan çıxmadı və nəhayət, 2010-cu ilin yayında məhkəmə qətnaməsi ilə icra məmurları bağı alıb bizə təhvil verdilər. Təhvil-təslim aktı da 27 nəfər adamın şahidliyi ilə bağlandı, təsdiqləndi və bağla bərabər özümüzə verildi. Ötən il bağda mühafizəçi olmayan vaxtda Hacı Qalib oranı yenidən zəbt edib və heç bir qanun-qayda tanımayaraq, mülkümüzün qapısını arxadan qaynaqladıb”.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı sabiq deputat Hacı Qalib Salahzadə ilə əlaqə yaradıb. Hacı Qalib Rəsul Quliyevin Bilgəhdə bağ sahəsinin 1995-ci ildən olmadığını deyib: “10-12 ildir o adamlar məndən pul istəyirlər. Aralarında bir Rəhim var, o, mənim həyətimdən qapı-pəncərə oğurlayan biridir. Telman gəlib deyir ki, filan qədər filan işə xərcim çıxıb. Bağ mənimdir. Bunlar elə bilirlər ki, bağ Rəsul Quliyevindir. Bilgəhdə Rəsul Quliyevin bağı 1995-ci ilə qədər olub. Sonradan həmin torpaq sahəsi Rusiya səfirliyinə verilib. Bu gün Rusiya səfirliyinin 1 hektar 20 sot torpağı var, həmin 72 sot torpaq da o əraziyə düşür. Mənim ora yaxın ərazidə 2 böyük, 5 xırda evim var. Torpaqlarım var, sayını bilmirəm. Bunlar nə danışırlar? Onlara verilən torpağın sənədləri 95-ci ildə ləğv olunub və torpaq Rusiya səfirliyinə verilib”.

Hacı Qalib Salahzadə deyir ki, məhkəmə qətnaməsində söhbət ona məxsus torpağın ön hissəsindəki torpaq sahəsindən gedir: “O yer mənim həyətimin qabağındadır. Rusiya səfirliyi Rəsul Quliyev qaçıb gedəndən sonra, o, hələ Bakıda ola-ola, o vaxt Bakı meri Rəfael Allahverdiyev 1995-ci il 29 dekabrda sərəncam verdi ki, o yerlər ləğv olunsun, torpaq sahəsi Rusiya səfirliyinə verilsin. Bunlar isə deyirlər ki, yox, bu yer elə bizim yerdir. Mən yorulmuşam artıq. Rəhim ayyarım əvvəl gəldi, dedi ki, mənə 35 min pul ver. Mən də onu qovdum. Dedim sən kimsən? Sonra bir başqası gəldi. Dedi ki, Rəsul Quliyevin gənclər üzrə müaviniyəm, adını Ağası dedi. Cavan uşaq idi. Deməli, bunlar Rəsul buradan gedəndən 16 il sonra, 2011-ci ildə nə yollasa bir çıxarış çıxarıblar. Həmin çıxarış Rusiya səfirliyinin ərazisinə olan torpağadır. Məndə xəritə var də. Rəsul Quliyevə verilən torpağı 95-də ləğv eləyiblər, amma bunlar nə yollasa sənəd əldə eləyiblər. Həmin sənədi də götürüb gəliblər üstümə ki, bura bizimdir. Mənim əlimdə 3 evin kupçası var. Əgər bu adamın adına bağ varsa, onda gedib məhkəməyə müraciət etsinlər. Bunlar gəlirlər, şantaj eləyirlər, cürbəcür yollarla məndən pul almaq istəyirlər. Təkcə onlar deyil, nə qədər belə adamlar var. Mən 2009-cu ildə həmin bağ evində ailə üzvlərimlə birlikdə qeydiyyatdayam. Vaxtilə məhkəmə olub, ancaq nə qərar çıxarıblar, nə ediblər xəbərim yoxdur. Bir onu bilirəm ki, bunlar yalandan öz adlarına sənəd düzəldiblər. Rəsul Quliyev Amerika vətəndaşı ola-ola məhkəmədə qərar çıxardılar. Halbuki 2009-cu ildən onların dediyi ərazidə özüm yaşayıram və qeydiyyatdayam. Mən orada 1992-ci ildə ev tikdirmişəm. Mən deputat olanda bu söhbətlər qalxdı. O vaxt istəmədim biabırçılıq olsun. O vaxt da çox gəlib-gedirdilər. Quliyevlərə demişəm ki, Rəsul qayıdar gələr, danışarıq. Sonra gördüm ki, lap abırsızlıq edirlər. Gəldilər, polis çağırdım, çıxıb getdilər”.

Hacı Qalib eks-spikerin qohumlarına məsləhət də verdi:

“İstəyirlər gedib prokurorluğa müraciət eləsinlər. İstəmirlər məhkəməyə getsinlər. Mən Rəsul Quliyevlə alver etməmişəm. Onunla heç bir aidiyyətim yoxdur. Ancaq Hacı Qalibi şantaj edirlər, başqa adam yoxdur. Nə abırları var, nə də həyaları. 31 manatdır, gedib versinlər Əmlak Komitəsində yoxlasınlar, görsünlər həmin torpaq onların dediyi ərazidədir?”

Hacı Qalib deyir ki, əlində xəritə var, həmin xəritə Quliyevlərin əlində olan sənədlərin saxta olduğunu ortaya qoyur: “Bunlar gedib o boyda saxta sənədləri düzəldə biliblər. Nə istəyirsən, bunlar eləyirlər. Kiminsə əlində sənəd var, mən onun həyətinə necə girə bilərəm? Bunlar götürüb hara gəldi yazırlar. Bunlar koordinatları mənim evimə, eşiyimə vurdurublar ki, guya bunların torpağı, həyətidir. Ancaq Bağlar İdarəsini xəritəsi də var axı, ona görə də heç nə edə bilmirlər. Vicdansızlıq edirlər”.

Hacı Qalib Rəsul Quliyevin yaxınlarına məhkəməyə üz tutmalarını məsləhət bilib.

“Yeni Müsavat”ın əməkdaşı sabiq deputatın həbsdəki oğlu Əlihüseyn Salahzadənin durumu ilə də maraqlanıb. Hacı Qalib oğlunun cəza çəkdiyini deyib: “3 il cəza verdilər. Heç kimə müraciət eləmədim, heç kimə də müraciət eləyən deyiləm. Hökumət nə qərar verib, nə istəyir qoy eləsin. Uşaq yatır. Hökümət nə məsləhət bilir, onu da edib”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dekabrın ikinci yarısında havanın temperaturu aşağı enəcək - Umayra Tağıyeva
14.12.2018
Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib
14.12.2018
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
14.12.2018
Səbail rayon icra başçısının müavini vəzifəsinə təyinat olub
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb