Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Sərkisyanın qələmini kim qırdı? – Rus nəşrindən yeni iddia

17:25  |    09 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Rusiyanın etirazına baxmayaraq, Ermənistanda qiyamla hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyan NATO-nun qapısını döydü.

Lakin verdiyi vədin əksinə olaraq, hələlik Ermənistanı Avrasiya İttifaqından geri çəkmədi, rus qoşunları ölkə ərazilərindən çıxarmadı. Amma Rusiya ondan hakimiyyətə gəlməyinin səbəbini soruşmalıdır.

Teleqraf.com xəbər verir ki, Rusiyada nəşr olunan “Vzqlyad” qəzetində Ermənistanla bağlı dərc edilmiş analitik məqalədə belə deyilir.

Məqalədə qeyd edilir ki, Ermənistanda baş verən hakimiyyət çevrilişinin əsas səbəbkarı keçmiş prezident Serj Sərkisyan olub:

“Sərkisyan dönəmində cəmiyyət arasında kəskin parçalanma vardı. İndi də buna görə ölkədə yaşayan 3 milyon erməninin 3 milyonuncu hissəsi də ölkədən çıxmaqda davam edir. Bunun əsas səbəbi ölkədə sosial ədalətin olmamasıdır. Bütün bunlar Ermənistanda zorakı dəyişikliyi şərtləndirdi. Vəziyyət ermənilər üçün ümidsiz idi”.

Mənbə bildirir ki, Serj Sərkisyanın Ermənistan üçün fəlakətə çevrilməsi ilə bağlı xəbərlər xaricdəki erməni diasporunu hərəkətə keçirib:

“Beləliklə, ABŞ-dakı erməni diasporu Sərkisyanın hakimiyyətdən getməsinə böyük pullar ayırdı. Amerikada yaşayan erməni milyarder Kirk Kerkoryanın sərmayələri Paşinyanın hakimiyyətə gəlməsində böyük rol oynadı.

Lakin Paşinyanın qurduğu komanda Ermənistandakı problemləri həll edəcək qədər peşəkar deyil. Üstəgəl, komandada anti-Rusiya mövqeyində olan kadrların çoxluğu Moskva ilə münasibətləri zərbə altında saxlayır. Mükəmməllik hələ də uzaqdadır”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.08.2018
Gümüşhanəyə gedən terrorçuların sonu: adları "qırmızı siyahı"da olan...
21.08.2018
“O qədər qudurmuşam ki, şəhid anasını diz çökdürüm?” – Manaf Ağayev əsəbiləşdi
21.08.2018
Rusiya Ermənistanda silah istehsal edəcək – RƏSMİ
21.08.2018
Köhnə rejimin nümayəndələri Paşinyana qarşı revanşa qalxır - Ermənistanda sular durulmur
21.08.2018
Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”