Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6144

Digər sorğular

Azərbaycanda 35 minə yaxın şəxsin pensiyası artırılıb

17:48  |    07 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən REAL-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.

Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hal-hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.

Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək
19.02.2019
"Arzu edirəm ki, belə görüşlər davamlı olsun" - Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev
19.02.2019
Nazir şəhid ailələri, qazilər və veteranlarla görüşdü - FOTOLAR - VİDEO
18.02.2019
Sahil Babayevdən pensiya artımı ilə bağlı - Açıqlama
18.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb