Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları UNEC-də

16:06  |    06 Avqust 2018  |   E-mail  |  Çapa göndər


“UNEC-i tanı” layihəsi davam edir.

Layihə çərçivəsində UNEC-ə abituriyentlərin səfəri davam edir. İxtisas seçimləri dövründə UNEC-də 400-dən artıq abituriyentlə görüş keçirilərək, onlara ixtisas seçimində dəstək göstərilib, universitet barədə ətraflı məlumat verilib.

Layihənin budəfəki iştirakçıları ölkədə ən yüksək bal toplayan abituriyent sayına görə öndə olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları olub. Liseyin II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentləri UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anar Rzayevlə görüşüblər.

Görüş zamanı abituriyentlərə UNEC-in xüsusi təqaüd, xarici universitetlərlə ikili diplom, UDİD və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayanlar UDİD proqramına 50% güzəştlə qoşulacaqlar. Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in tələbələri üçün yaratdığı imkanları maraqla qarşılayıblar.

“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər ixtisas seçimi günlərində şəxsiyyəti təsdiq edən vəsiqə ilə həftənin I-V günləri saat 9:00-18:00-dək UNEC-in əsas tədris binasına gələ bilərlər.

Ətraflı məlumat: (+99412) 492 58 63; 492 60 43.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dekabrın ikinci yarısında havanın temperaturu aşağı enəcək - Umayra Tağıyeva
14.12.2018
Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib
14.12.2018
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
14.12.2018
Səbail rayon icra başçısının müavini vəzifəsinə təyinat olub
13.12.2018
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb