Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

İran professorundan şok şərh

18:45  |    05 Avqust 2018  |   E-mail  |  Çapa göndər

Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız kürd məsələsi deyil, Azərbaycanda da problem yaşanacaq.

Axar.az xəbər verir ki, bu sözləri Tehran Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Sadiq Zibakəlam İranda mərkəzi hökumətin süquta uğrayacağı halda nələrin yaşanacağı barədə “İnsaf Nyus”a danışarkən deyib. O, İranda hökumətin çökəcəyi təqdirdə Güney Azərbaycanda bir çox problemin yaşanacağını proqnozlaşdırıb:

“Ona görə ki, orada millətçilik düşəncəsi geniş şəkildə yayılıb. Ölkədə mədəni tələblər təmin olunmadığı üçün siyasi inkişafımız da yoxdur. Misal üçün, 1979-cu ildə sünnilər var gücləri ilə inqilaba qoşuldular. Lakin yanlış siyasətlərin tətbiqi nəticəsində sünni bölgələrində kin və nifrət yaranıb. Buna Sistan və Bəlucistan, həmçinin Xuzistanı misal kimi göstərmək olar.

1979-cu il inqilabında hamı şaha qarşı birləşmişdi, bütün etirazçılar Ayətullah Xomeynidən söz eşidirdi. Lakin indi hökumətə qarşı etiraz edənlərin hər birinin fərqli hədəfi var. Bu məsələlər vəziyyəti mürəkkəbləşdirib, ona görə də narahatam. Sabitlik pozularsa, biz irəli getməyəcəyik, vəziyyət daha da pisləşəcək. Hökumət üçün ciddi problem yaransa, Amerika Birləşmiş Ştatları hücum etsə və ya əhali baş qaldırsa, heç bir şəkildə bizim inkişafımıza yol açılmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti oxşar açıqlama verərək bildirmişdi ki, ana dilində təhsil azərbaycanlıların əsas tələbidir. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi sual altında olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir
21.07.2018
Tiflis savaş anonsu verdi: Putini 2007-də dinləmədik…