Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Şanlıurfada və Battalqazidə Azərbaycan bulvarı və Qarabağ parkının açılışı olacaq

03:39  |    05 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Qədim Şanlıurfada və tarixi Battalqazidə oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışı olacaq

Millət vəkili dos.dr.Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyət ölkəmizə səfər ediblər. Türkiyə nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Q.Paşayeva Türkiyə nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.

Türkiyə nümayəndə heyəti millət vəkili Q.Paşayevanın müşayiəti ilə AR Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüblər. Görüşdə Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsi, dövlətimizin onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə geniş məlumat verib. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görməkdə davam etsə də, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına dönmək istəyirlər və qardaş Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva qeyd edib ki, Şanlıurfa və Battalqazi hər il çoxlu sayda festivallara, yerli və beynəlxalq konfranslara, sərgilərə ev sahibliyi edir və yaxşı olardı ki Azərbaycanın məcburi köçkün rayonlarını təmsil edən teatrlar, folklor musiqi qrupları, rəssamları, şair və yazarları həmin tədbirlərə dəvət olunsunlar və bu addım düşmənə yaxşı mesaj olardı. Millət vəkilinin bu təklifini dəstəkləyən Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri R.Rzayev qardaş Türkiyənin bələdiyyələri ilə əməkdaşlığa çox açıq olduqlarını, onların keçirdiyi tədbirlərdə məcburi köçkün və qaçqınların iştirakına hər cür dəstək göstəriləcəyini bildirdi. Görüşün sonunda Türkiyəli qonaqlar hər zaman qardaş Türkiyənin və Türkiyəni təmsil edən bələdiyyə başçıları, qəzetəçilər cəmiyyəti və televiziya rəhbərləri olaraq Azərbaycanda qaçqın və məcburi köçkünləri təmsil edən komitənin yanında olduqlarını və hər cür əməkdaşlığa böyük məmnuniyyətlə dəstəyə hazır olduqlarını deyiblər və Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri R.Rzayevə bölgələrini tanıdan materiallar hədiyyə ediblər.

Türkiyə nümayəndə heyəti ilə millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-də görüş də olub. Görüşdə Şanlıurfa və Battalqazidə bu ilin oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışının keçiriləcəyi bildirib və Azərbaycandan açılışda iştirak etmək üçün hər kəs dəvət edilib. Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Q.Paşayeva Şanlıurfada və Battalqazidə dəfələrlə səfərdə olduğunu, orda Qarabağ ağrımız, Xocalı Soyqırımı, Azərbaycan həqiqətləri ilə bağlı konfranslar verdiyini və həmin tədbirlər çərçivəsində Şanlıurfa və Battalqazi bələdiyyəsinin başçıları ilə görüşdüyünü və bu görüşlər zamanı Azərbaycanımız, gözəl Qarabağımızın adının parklara, bulvarlara, mərkəzlərə verilməsini təklif etdiyini və hər zaman bu təkliflərin yüksək səviyyədə qəbul olunduğunu deyib və bu ilin oktyabr ayında Şanlıurfada və Battalqazidə Azərbaycan bulvarı və Qarabağ parkının açılışını həyata keçirəcək Şanlıurfa və Battalqazi bələdiyyə başçılarına təşəkkürünü bildirib. Bu ilin oktyabr ayında Şanlıurfada və Battalqazidə Azərbaycan bulvarları və Qarabağ parklarının açılışında iştirak edəcəyini deyən millət vəkili Q.Paşayeva rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin həmin açılışda Azərbaycan muğam musiqisi ifaçılarının iştirakını təmin etməyi öz üzərinə götürdüyünü deyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib, türkiyəli qonaqlar isə onların bölgələrini tanıdan materialları millət vəkilinə hədiyyə ediblər. Türkiyə nümayəndə heyəti Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq olublar, İçərişəhəri ziyarət ediblər. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda Türkiyəli qonaqlar bir sıra televiziya proqramlarının qonağı da olublar. Azərbaycanın tanınmış sənətçiləri, şair və yazarları, QHT və KİV rəhbərləri, fəal qadınlar ilə də görüş olub, geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
14.12.2018
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO
14.12.2018
Lavrov Bakıda: Bura döyüş meydanına çevrilməməlidir
14.12.2018
Ermənistana ən etibarlı “qapı”... - Paşinyan Türkiyəyə gedir?