Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Rusiyadan işğalçıya silah embarqosu – Qarabağla bağlı yeni situasiya

22:27  |    04 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Paşinyan iqtidarı Kremli qəzəbləndirib; “qırmızı xətt” keçilərsə, Moskvanın kontur addımları daha sərt olacaq; politoloq: “Ermənistanın yeni hakimiyyəti ilə Moskvanın yolları ayrılır, müttəfiqlər arasında soyuq savaş başlayıb”

İşğalçı Ermənistanın Rusiya ilə münasibətləri SSRİ-nin çöküşündən sonra bəlkə də ən qəliz dövrünü yaşayır. Səbəb də 8 may hakimiyyət çevrilişindən sonra qonşu ölkədə iqtidara gəlmiş inqilabçı qüvvələrin Rusiya nüfuz dairəsindən uzaqlaşmaq kursu götürməsidir. Doğrudur, Nikol Paşinyan hökuməti bunu açıq şəkildə yox, Rusiyaya sədaqət bəyanatları fonunda edir. Lakin bu qəbildən bəyanatlara Kremldə artıq inanmırlar.

Xüsusən də Rusiyaya sadiq olan iki tanınmış adamın - “Rus NATO-su” sayılan və sırf V.Putinin projesi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturova və eks-prezident Robert Köçəryana qarşı cinayət işinin qaldırılması (sonuncu həbs olunub, Xaçaturov isə girov qarşılığında müvəqqəti azadlığa buraxılıb) Moskvanın səbrini daşırıb. Rusiya XİN başçısı Sergey Lavrovun İrıvana ünvanlı son təhdid bəyanatları buna şübhə yeri qoymur.

Rusiya xüsusən də KTMT baş katibinə qarşı cinayət təqibini həzm edə bilmir, bunu özünə qarşı aşağlayıcı demarş kimi qiymətləndirir. Üstəlik, Moskvada hesab edirlər ki, Nikol Paşinyan Moskva əleyhinə bu addımları özbaşına deyil, bilavasitə üçüncü qüvvənin - Qərbin (ABŞ-ın) əli ilə edir.

*****

Kremli ən çox qəzəbləndirən də budur. Rusiyadan bu mövzuda rəsmi və qeyri-rəsmi səviyyədə gəlməkdə davam edən açıqlamalar son qənaəti daha da gücləndirir. Artıq Rusiya Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb. Yəni İrəvana silah satışını, faktiki, dondurub.

Bəs proseslərin davamı nə vəd edir? İki politoloq rəyini təqdim edirik.

“Rusiyanın silah satışını dayandırmasından sonra Ermənistan özünə yeni təchizatçı axtarmağa başlayacaq”. Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçikin belə deyib (teleqraf.com). Lakin ekspert hesab edir ki, İrəvan üçün bu, elə də asan olmayacaq. “Rusiyanın bu addımı Ermənistana baha başa gələcək. Digər yandan isə Rusiya son illərdə Ermənistana silah satmaqda maraqlı deyil, buna görə də silah satışı hiss ediləcək dərəcədə azalıb. Son illərdə Ermənistana ancaq ”İsgəndər-E" və “Smerç” kompleksləri satılıb. Hesab edirəm ki, Ermənistanın tamamilə pis vəziyyətdə qalması üçün kifayət edir ki, Rusiya bu ölkəyə silah satışını dayandırsın. Hər halda Yuri Xaçaturovun həbs edilməsi Rusiyanın xoşuna gəlməyib", - deyə analitik qeyd edib. Xramçikinin sözlərinə görə, Rusiya Ermənistanla silah satışında dair imzalanmış müqavilələri nəzərdən keçirməklə yanaşı, bu ölkəyə kredit ayırmaqdan da imtina edə bilər.

Bu isə Ermənistanın iqtisadiyyatına da zərbə demək olacaq. Ən betəri isə, şübhəsiz ki, Ermənistan hakimiyyətinə qarşı Rusiyanın artmaqda olan etimadsızlığıdır...

*****

“Rusiya ilə Ermənistan arasında artıq soyuq savaş başlayıb. Tərəflər bir-birinə qarşı ciddi və sərt bəyanatlar verirlər. Artıq müəyyən addımlar da atılır”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri axar.az-a politoloq Eldar Namazov deyib.

“Dünən bəlli oldu ki, Paşinyanın Yuri Xaçaturovun yerinə yeni bir adamı təyin edilməsi ilə bağlı təklifini Rusiya rədd edib. Bundan sonra erməni hökuməti Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskvaya geri dönməsinə izn verib. Beləliklə, Nikol Paşinyan öz nümayəndəsini KTMT-yə rəhbərlik üçün göndərə bilməyəcək. Rusiya bunun qarşısını aldı. Bu da Ermənistanı cəzalandırmaq mexanizmlərindən biridir. Açıq-aydın görünən odur ki, Rusiya təkcə bəyanatlar verməklə kifayətlənmir, artıq müəyyən mənada ciddi hərəkətlərə keçib və Ermənistanın yeni hakimiyyətinə qarşı öz mənfi münasibətini gizlətmir”, - deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Moskva çalışır ki, hər cür yeni bəyanatlar və addımlarla Ermənistan ictimaiyyətinə çatdırsın ki, yeni hakimiyyətlə Moskvanın yolları ayrılır və Moskva yeni hakimiyyəti özünə müttəfiq saymır: “Bu proses hələ yeni başlayıb. Yəqin ki, qarşıdurmalar daha da dərinləşəcək. Hələ biz bu prosesin ilkin mərhələsini görürük”.

Politoloq Moskva-İrəvan münasibətlərində artan gərginlik fonunda Ermənistanın daxilində siyasi qarşıdurmaların artıq faciəvi müstəviyə keçdiyini söyləyib: “Paşinyanın son hərəkətlərini onun ətrafındakılar da pisləyir. Məsələn, Daşnaksütyun Partiyası da Paşinyanın bu hərəkətlərini pisləyib. Halbuki həmin partiyanın bir neçə üzvü ”məxməri inqilab"dan sonra Paşinyanın yanında nazir postları almışdı. Ermənistanda həm daxili gərginlik artır, həm də Rusiya ilə münasibətlər günü-gündən daha sərt forma alır".

Ekspert buna əsas səbəb kimi Qərb amilini görür. “Moskvadan verilən mesajlarda xüsusi qeyd olunurdu ki, Paşinyanın atdığı addımların arxasında üçüncü ölkələr dayanır. Yəni Moskvadan belə bir eyham vurulub ki, Paşinyan bu addımları özbaşına etmir, onu ”üçüncü qüvvə" idarə edir. “Üçüncü qüvvə” dedikdə isə təbii ki, Rusiya daha çox Qərbi nəzərdə tutur. İş orasındadır ki, inqilab baş verəndən sonra Paşinyanın Brüsselə səfəri oldu. O, çox ümidli idi ki, həm AB-dən, həm də ABŞ-dan çox ciddi dəstək alacaq. Ancaq AB-dən və ABŞ-dan soyuq münasibət gördü. AB-nin nümayəndəsi açıq mətnlə İrəvanda bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti ABŞ, AB, Rusiya ilə münasibətlərində heç bir dəyişiklik etməyəcəksə, onda AB-nin də, ABŞ-ın da Paşinyan hakimiyyətinə münasibəti dəyişməyəcək. Yəni bununla Paşinyana açıq mesaj verildi. Bundan sonra isə Paşinyanın ətrafında olan adamlar mətbuata sızdırdılar ki, yeni hakimiyyət gərək qərbyönümlü ciddi addımlar atsın ki, Qərb də Ermənistana dəstək versin. İndi də bir çoxları düşünür ki, son həbslər, xüsusilə də Xaçaturovun istintaqa cəlb edilməsi ABŞ-ın və AB-nin gözləntilərini doğrultmaq üçün atılan addımlardır. Pərdəarxasında Paşinyan artıq Qərblə əməkdaşlığa gedir və antirus siyasətini daha açıq ifadə etməyə başlayır. Rusiya tərəfi də baş verənlərin fərqindədir və öz münasibətlərində artıq bunu nəzərə alır", - deyə o əlavə edib.

*****

Söz yox ki, bundan sonrakı münasibətlər müstəsna olaraq, Paşinyan iqtidarının atacağı addımlardan asılı olacaq. Kreml həmin addımları gözləyəcək. Hər necə olmasa, Ermənistan Rusiya üçün xüsusi, hərbi qala statusundadır. Ancaq belə məlum olur ki, Paşinyan Qərbin maraqlarına cavab verən addımlarına davam edəcək. Buna o, sadəcə, məhkumdur. Çünki inqilab dalğasında o, hakimiyyətə ən əvvəl buna görə gətirilib - Ermənistanı tədricən Rusiyadan uzaqlaşdırmaq üçün. Bu isə Dağlıq Qarabağ məsələsi üçün yeni bir situasiyadır...
musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Leyla Əliyevanın Qarabağa gedən rusiyalı qadınlara CAVABI
14.12.2018
Lukaşenko: Qarabağ bu cür həll edilməlidir
14.12.2018
Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər – VİDEO
14.12.2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 26 dəfə pozub
13.12.2018
Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"