Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6011

Digər sorğular

Aqil ABBAS:Allahverdi Bağırovun məzarı da, başdaşı da ürəklərdədi

01:07  |    31 İyul 2018  |   E-mail  |  Çapa göndər

Eləcə də bütün şəhidlərin. İki-üç gündü Zara söhbəti səngiməmiş təzə bir mövzu atılıb ortalığa. Həm dışarıdakı, həm də içəridəki düşmənlər bu xalqın əsəbləri ilə oynamağı çox yaxşı bacarır.

Aqil ABBAS |

Bunu yazdırarkən bilgisayardakı xanım qayıtdı ki, məllim, bu xalqın əsəbi qalıb ki? Mən də dedim, qalıb, qızım, qalıb, sən yazını yaz.

Deməli, belə. Ermənilər youtubedə bir video yerləşdiriblər. Qarabağ savaşının əfsanəvi qəhrəmanı Allahverdi Bağırovun Ağdamdakı məzarını dağıdıblar, başdaşını aparıb Xankəndində yüzlərlə insanın gözü qabağında parçalayıblar. Təbii ki, bu da xalqımızı hövsələdən çıxarıb. Əslində o qədər də yox. Hövsələdən çox çıxmış olsaq, əlimizə yabadan-baltadan götürüb çıxıb gedərik evimizə-eşiyimizə.

Gələk mətləbə. Ağdamda üç şəhidlər qəbiristanlığı vardı. Kənd əhalisi öz şəhidlərini götürüb aparıb öz obalarında dəfn edirdilər. O üç şəhidlər qəbiristanlığı şəhər əhalisinə aid idi.

Biri qədim qəbiristanlığımız olan Qarağacıdaydı. Biri Böyük Vətən Müharibəsində həlak olanlara ucaldılmış abidənin yerləşdiyi park idi. Şəhərin içindəydi. Sonra ora da doldu.

Üçüncüsünü açdılar Uzundərədə. Ora da dolanda Ağdam işğal olundu (day bir rayonda nə qədər igid adam ola bilər ki?!), dördüncüsünə ehtiyac qalmadı.

Allahverdinin məzarı da abidənin yerləşdiyi parkdaydı. Və digər şəhidlərin başıdaşısı da üstünə şəkil vurulmuş dəmir lövhədən ibarətiydi. Yəni Komandirin başdaşısı döyüşçülərinin başdaşından fərqlənmirdi.

İndi deyirlər ki, həmin məzarı dağıdıblar. Bu mümkün deyil. Nə Allahverdinin, nə də heç bir şəhidin məzarını və başdaşısını heç kim dağıda bilməz. Çünki onların məzarları bizlərin ürəyindədi. Başdaşıları da bizlərin ürəyindədi.

Onların məzarı və başdaşıları bilirsiniz nə vaxt dağılacaq?! Onları sevənlər və tanıyan bizlər başdaşına çevriləndən sonra.

Çıxın küçəyə soruşun, görün neçə nəfər Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının adını bilir. Mehdi Hüseynzadə ilə Həzi Aslanovdan başqa heç kimi tanımayacaqlar. Çünki onları tanıyanlar da artıq başdaşına çevriliblər.

Qarabağı azad etməsək hələ ki ruhları yaşayan bütün şəhidlər bizlərlə birgə ikinci dəfə öləcəklər.

Bu məsələ ilə bağlı sosial şəbəkələrdəki şərhlərdə bir şərəfsiz Allahverdi Bağırova laf atmışdı. Məni o məzarın ermənilər tərəfindən dağılmasından daha çox həmin şərəfsizin Allahverdiyə atdığı laf ağrıtdı.

Mövzuya qayıdacam.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Müəllifin son yazıları
09.11.2018 Aqil ABBAS:DÖVLƏT FİLARMONİYASININ «MƏRİFƏTİ»
28.07.2018 Aqil ABBAS:AĞDAMLI PARTİYAYA NECƏ KEÇDİ VƏ ZARA
04.07.2018 Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?
28.11.2017 HƏKİM EŞŞƏK ƏTİ BUYURUB?!- Aqil Abbasdan ateistlərə cavab
11.10.2017 Aqil ABBAS:KÜRÜ DÜŞMƏN DƏYİRMANINA AXIDIRSIZ, SONRA DA…